REGİONLAR


“ASAN məktub” bu dəfə Yevlaxda uşaqları sevindirib

A+ A

Bakı, 7 iyul, AZƏRTAC

“ASAN Könüllüləri”nin “ASAN məktub” layihəsi fəaliyyətə başladığı gündən etibarən cəmiyyət tərəfindən böyük maraqla qarşılanıb. “ASAN məktub” layihəsi Ramazan bayramında bu dəfə uşaqların sevindirib. Belə ki, Yevlax rayonundan olan sosial cəhətdən həssas qruplara aid 71 uşaq istək və arzularını “ASAN məktub”a ünvanlayıb. Ünvanlanmış məktublar xeyirxah vətəndaşlar tərəfindən öhdəçiliyə götürülüb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, layihədə “ASAN qasid” kimi çıxış edən ASAN Könüllülərinin köməkliyi ilə öhdəçi vətəndaşlardan təhvil alınan 71 hədiyyə balaca sahiblərinə çatdırılıb. Öhdəçi vətəndaşlara hədiyyələrin çatdırılması ilə bağlı fotoşəkillər e-poçt və digər əlaqə vasitələri ilə göndərilib.

Qeyd edək ki, “ASAN Könüllüləri” Təşkilatı tərəfindən həyata keçirilən “ASAN Məktub” layihəsinin əsas məqsədi sosial qayğıya ehtiyacı olan 14 yaşadək uşaqların arzu və istəklərini heç bir maddi qazanc güdmədən həyata keçirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.