CƏMİYYƏT


“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminə başlanılır

A+ A

Bakı, 31 avqust, AZƏRTAC 

2016-2017-ci tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə əlavə ixtisas seçimi sentyabrın 1-dən 6-dək həyata keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlər Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Əlavə ixtisas seçimində birinci mərhələdə iştirak etməyən namizədlərin də müraciətlərinə imkan yaradılacaq. Bu il avqustun 11-dən 26-dək keçirilən ilk mərhələ üzrə 3 min 245 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Qeyd edək ki, “ASAN peşə” layihəsi Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində pilot olaraq reallaşdırılır. “ASAN peşə” layihəsi vətəndaşların rahatlığının təmin olunması, Təhsil Nazirliyi ilə “ASAN xidmət”in əməkdaşlığının səmərəliliyinin artırılması və ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.