REGİONLAR


“ASAN xidmət” Cəlilabadda ilk pilot layihəsini həyata keçirib

Cəlilabad, 13 dekabr, Bağır Əliyev, AZƏRTAC

Mənzillərində elektrik sayğacı quraşdırmaq istəyən vətəndaşlar “ASAN xidmət”ə müraciət edə bilərlər.

AZƏRTAC xəbər verir ki, “ASAN xidmət”in “Azərişıq” ASC ilə birgə layihəsi olan bu yenilik ilk dəfə pilot layihə kimi Cəlilabad rayonunda həyata keçirilib.

Layihə mənzillərinə texniki şərt almaq istəyən yeni abunəçilər üçün yaranan vaxt itkisinə son qoymaqla yanaşı, tez bir zamanda evlərə elektrik enerjisinin verilməsini təmin edəcək.

Rayon sakinləri ilk dəfə həyata keçirilən bu layihədən razılıqlarını bildiriblər. Əvvəllər evlərinə elektrik xətti çəkmək və elektrik sayğacı quraşdırmaq məqsədilə 10 gün müddətinə alınan texniki şərt indi bir saat ərzində əldə edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.