CƏMİYYƏT


“ASAN xidmət” indeksi üzrə qiymətləndirmə qrupunun fəaliyyəti yekunlaşır

Bakı, 21 iyul, AZƏRTAC

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 262 nömrəli Fərmanının 2-ci hissəsinin icrası məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən qiymətləndirmənin həyata keçirilməsi üçün yaradılan işçi qrupunun fəaliyyəti yekunlaşır.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat veriblər.

Bildirilir ki, pilot layihə çərçivəsində 10 mərkəzi icra hakimiyyəti və Bakı şəhərində yerləşən yerli icra hakimiyyəti orqanlarının ümumilikdə 411 xidməti üzrə qiymətləndirmə həyata keçirilib. Xidmətlər 7 parametr və 143 altmeyar üzrə dövlət orqanları tərəfindən doldurulan anketlərdə qeyd edilən əsaslandırıcı məlumatlar nəzərə alınmaqla qiymətləndirilib.

Göstərilən dövlət xidmətləri barədə ictimaiyyətin birdən çox üsulla məlumatlandırılması, xidmətin elektronlaşdırılması, xidmətin qısa müddətə göstərilmə imkanlarının olması, vətəndaşdan sənəd tələb edilmədən mövcud informasiya sistemlərindən inteqrasiya üsulu ilə əldə edilməsi, xidməti həyata keçirən məmurların nəzakətliliyi, vətəndaşların şikayətlərinin qəbul və araşdırma mexanizminin olması və vətəndaşların xidmət barədə rəylərinin öyrənilməsi “ASAN xidmət” indeksinin yüksək olmasına səbəb olan amillərdəndir.

Qeyd edək ki, qiymətləndirmə nəticələrinin və hər bir xidmət üzrə “ASAN xidmət” indeksinin bu ilin sentyabr ayında ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.