REGİONLAR
“ASAN xidmət” mərkəzinin dəstəyi ilə 9 yaşlı uşağa əlil arabası verilib
Bərdə, 30 iyun, AZƏRTAC
“İnkişaf Naminə İdman” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Bərdə Günərzi Qayğı Mərkəzinin təşkilatçılığı və “ASAN xidmət” mərkəzinin dəstəyi ilə 9 yaşlı Ofeliya Baxşəliyevaya əlil arabası verilib.
AZƏRTAC xəbər verir ki, Bərdə Günərzi Qayğı Mərkəzində keçirilən mərasimdə “ASAN xidmət” mərkəzinin, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin nümayəndələri, ASAN könüllülər iştirak ediblər. Ofeliyanın valideynləri göstərilən diqqət və qayğıya, onları və əlil arabasına ehtiyacı olan övladlarını sevindirdiklərinə görə Bərdə “ASAN xidmət” mərkəzinə və Günərzi Qayğı Mərkəzinə minnətdarlıqlarını bildiriblər.
Mərasimdə ASAN könüllülərin Günərzi Qayğı Mərkəzinin digər uşaqları üçün hazırladıqları hədiyyə də balacaların ürəyincə olub.