CƏMİYYƏT


“ASAN xidmət” mərkəzlərində ictimai səhiyyə sahəsində təbliğat işi aparılacaq

A+ A

Bakı, 25 iyul, AZƏRTAC

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) hazırladığı sosial videoçarxlar iyulun 26-dan başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərində nümayiş etdiriləcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sağlamlığın qorunması, insanları zərərli vərdişlərdən uzaqlaşdırılması və onlara aktiv həyat tərzinin aşılanması məqsədilə müntəzəm olaraq maarifləndirmə xarakterli tədbirlər həyata keçirən İSİM əhali arasında təbliğat aparmaq üçün hər dəfə yeni imkanlar arayır, müasir innovativ vasitələrdən geniş şəkildə istifadə etməyə çalışır. Bu baxımdan “ASAN xidmət" mərkəzləri ictimai səhiyyə sahəsində təbliğat işi aparmaq üçün ən əlverişli məkandır.

Gün ərzində ən çox müraciət olunan “ASAN xidmət” mərkəzlərində tütünçəkmənin zərərləri, düzgün qidalanma, məişət zorakılığı, uşaqların icbari dispanserizasiyası, fiziki aktivlik və sağlam həyat tərzi, qan donorluğunun vacibliyi və digər mövzularda hazırlanmış videoçarxlar əhalinin diqqətini cəlb edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.