CƏMİYYƏT


“ASAN xidmət” mərkəzlərinin əməkdaşları sağlam həyat tərzi ilə bağlı məlumatlandırılıblar

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında bağlanmış əməkdaşlıq sazişi çərçivəsində növbəti tədbir "ASAN xidmət" mərkəzinin əməkdaşları üçün təşkil edilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində keçirilən tədbirdə İSİM-in həkim-metodisti çıxış edərək sağlam həyat tərzi, zərərli vərdişlərin sağlamlığa mənfi təsirləri barədə məlumat verib. Fiziki aktivliyin gənclərin həyat tərzində, onların sağlamlıqlarının qorunmasında mühüm rol oynamasından danışan məruzəçi bunun üçün əhalinin maarifləndirilməsinin çox vacib olduğunu bildirib.

Tədbirdə Bakıdakı 1, 2, 3, 4, 5 saylı "ASAN xidmət" mərkəzlərinin, eləcə də telekörpü vasitəsilə Sabirabad, Masallı, Gəncə, Bərdə və Qəbələ "ASAN xidmət" mərkəzlərinin əməkdaşları iştirak ediblər.

Tədbir “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”ya uyğun olaraq gənclərə sağlam həyat tərzi aşılamaq, tütünün və digər zərərli vərdişlərin təhlükələri barədə əhalini məlumatlandırmaq məqsədilə təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.