CƏMİYYƏT
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 9 may qeyri - iş günüdür
Bakı, 8 may, AZƏRTAC
Qələbə Günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində mayın 9-u qeyri-iş günüdür.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, mayın 10-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
Qeyd edək ki, hazırda 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır.
Bununla yanaşı, Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.