CƏMİYYƏT


“ASAN xidmət”də 12 milyonuncu müraciət qeydə alınıb VİDEO

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

Baham Adaları Birliyinin vətəndaşı, ADA Universitetinin tələbəsi Cordan Haçesonun “ASAN xidmət” mərkəzinə müraciəti 12 milyonuncu müraciət kimi qeydə alınıb. C.Haçeson “ASAN xidmət”ə Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən məhkumluq barədə arayışların verilməsi ilə bağlı müraciət edib. Sənəd Azərbaycanda təhsil alan C.Haçesona üçüncü ölkəyə səfər etməsi ilə bağlı lazım olub.

Oktyabrın 20-də 5 saylı “ASAN xidmət” mərkəzində müvafiq arayış C.Haçesona təqdim edilib. O, “ASAN xidmət” tərəfindən təşəkkürnamə ilə və rəmzi hədiyyələrlə də mükafatlandırılıb.

Hazırda “ASAN xidmət” mərkəzlərində 10 dövlət qurumu, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 250-yə yaxın xidmət göstərilir. Göstərilən xidmətlərdən Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər də yararlana bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.