Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“ASAN xidmət”in Avropada təqdimatı keçirilmişdir VİDEO

Brüssel, 20 fevral (AZƏRTAC). Fevralın 19-da Brüsseldə, Avropa Parlamentində “Azərbaycanda innovasiya və mobil kimlik: Avropaya rəqəmsal inteqrasiyanın yeni növü” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Azərbaycanda elektron hökumət sahəsində həyata keçirilmiş islahatlar və digər əlaqədar məsələlər müzakirə edilmişdir.

Konfransın təşəbbüskarı Avropa Parlamentinin Estoniyadan olan deputatı Kristina Oyulanddır. Tədbiri giriş sözü ilə açan K.Oyuland Sovet İttifaqının dağılmasından sonra Estoniyada institusional sahədə islahatların yeni texnologiyalar üzərində aparılmasının faydalarını vurğulamışdır. Bununla da, “Skype”ın vətəni Estoniyada elektron xidmətlər köhnə metodları üstələmişdir.

K.Oyuland demişdir ki, ölkəsi Azərbaycanın da bənzər hədəflərə çatmasına yardım göstərsə də, sonradan “şagird müəllimini ötüb keçmişdir”. O, ASAN xidmətin nailiyyətlərini alqışlamış və bunun təkcə vətəndaşlar üçün deyil, həm də hökumət üçün faydalı olduğunu demişdir. Xanım K.Oyuland fikrini onunla əsaslandırmışdır ki, mülki xidmətlərdə bürokratik əngəllərin aradan qaldırılması hakimiyyət orqanlarına əlavə xərclərdən yan keçməyə imkan verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov demişdir ki, 2013-cü ildən etibarən “Asan İmza”nın istismara verilməsi və təhlükəsizlik sisteminin yaradılması istifadəçilərə mobil telefonları vasitəsilə rəqəmsal uyğunluğun müəyyənləşdirilməsinə imkan yaratmışdır. Azərbaycanda “Mobil İmza” vasitəsilə 300 mindən artıq rəqəmsal imza təqdim edilmiş, bir milyona yaxın əməliyyat həyata keçirilmişdir. Bununla yanaşı, o, “ASAN imza” layihəsinin Azərbaycan ilə Avropa İttifaqı arasında daha səmərəli əlaqələrin qurulmasına verəcəyi töhfədən danışmışdır.

Konfransda “ASAN xidmət”in fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.

Azərbaycan Respublikası vergilər nazirinin müavini Sahib Ələkbərov 2005-ci ildən etibarən “elektron hökumət”in yaradılmağa başlandığını diqqətə çatdırmışdır. O, planlı təsərrüfat və sovet sistemi səbəbindən Azərbaycanda vergi mədəniyyətinin yeni olduğunu xatırlatmış, müstəqilliyin ilk illərində əhalidə vergi mədəniyyətinin yaradılması və vergi qanunvericiliyinin hazırlanması kimi işlərin görüldüyünü bildirmişdir. Bunun ardınca, elektron vergi sahəsində görülən işləri və bu sahədə beynəlxalq tərəfdaşların dəstəyini S.Ələkbərov iştirakçıların diqqətinə çatdırmışdır. O demişdir ki, Avropa İttifaqının dəstəyi ilə elektron audit sistemi hazırlanmışdır. Elektron vergi qeydiyyatı əvvəllər 2 ay çəkən vergi qeydiyyatının müddətini bir neçə dəqiqəyədək qısaltmışdır. Bütün bunlara görə Dünya Bankının “Doing Business” reytinqində Azərbaycan yuxarı yerlərdən birinə layiq görülmüşdür. Sahib Ələkbərov “elektron hökumət” və “rəqəmsal imza” sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini də vurğulamışdır.

Estoniyanın İqtisadi İşlər və Rabitə Nazirliyinin dövlət informasiya sistemləri və rabitə üzrə baş katibinin müavini Taavi Kotka Azərbaycan ilə rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıqdan məmnunluğunu bildirmişdir. O, enerji üzrə də əməkdaşlığın qarşılıqlı maraq üzərində qurulduğunu və bunun bütün sahələrə tətbiq edildiyini demişdir. T.Kotka yeni texnologiyaların və bu sahədə aparılan islahatların həm insanların həyatının yaxşılaşdırılmasında, həm də yeni iş və sərmayə yerlərinin, rəqəmsal bazarın yaradılmasında böyük rol oynadığını diqqətə çatdırmışdır.

Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə vətəndaşlara göstərilən xidmətlərdə İKT-dən istifadənin zəruriliyindən danışmış və ölkəmizdə elektron xidmətlərin cari vəziyyəti ilə bağlı məlumat vermişdir.

Avronest Parlament Assambleyasının həmsədri Yevgeni Kirilov və Avropa Parlamentində mühafizəkarlar və islahatçılar qrupunun başçısı Martin Kallanan mövzu ilə bağlı fikirlərini bölüşmüşlər.

Daha sonra ASAN Sertifikatlaşdırma Xidmət Mərkəzi və Estoniya Sertifikatlaşdırma Mərkəzi arasında Anlaşma Memorandumunun imzalanması mərasimi olmuşdur. Mərasimdə Azərbaycan Respublikasının vergilər nazirinin müavini Sahib Ələkbərov və Estoniya Sertifikatlaşdırma Mərkəzinin icraçı direktoru Kalev Pihl iştirak etmişlər.

Müzakirələr panelinin birinci hissəsi “Mobil kimlik: insanların ölkələrarası əlaqələndirməsi. Estoniya və Azərbaycanın mobil kimlik sistemlərinin əməkdaşlığı” mövzusuna həsr olunmuşdur.

Azərbaycan Vergilər Nazirliyinin Baş idarə rəisi Samirə Musayeva “ASAN imza” haqqında ətraflı məlumat verdikdən sonra mobil hökumətin “elektron hökumət” ideyasının növbəti mərhələsi olduğunu vurğulamışdır. “ASAN İmza”nın hansı zərurətdən yarandığını, vətəndaşlara hansı rahatlığı gətirdiyini də S.Musayeva faktlarla izah etmişdir. O, Vergilər Nazirliyinin “ASAN İmza”nı öz xidmətlərinə necə inteqrasiya etdiyini və buna bağlı digər xidmətləri də təqdim etdiyini diqqətə çatdırmışdır. Onun sözlərinə görə, mobil kimliyin gələcəkdə bütün sahələrdə tətbiq olunması qaçılmazdır.

“Signwise”ın yaradıcısı və icraçı direktoru Tiit Anmann “elektron imza”nın texniki tərəfləri barədə məlumat vermişdir. O, “Signwise” iqtisadi və mülki sahədə oyunçuları necə əlaqələndirdiyini izah etmişdir. Onun sözlərinə görə, növbəti elektron inqilab imza inqilabı olacaqdır.

“Gemalto Solutions” şirkətinin satış direktoru Remi Belluar Azərbaycana səfərinin təəssüratları barədə danışaraq, elektron sahədə əldə olunmuş nailiyyətləri təqdir etdiyini bildirmişdir. Çıxışını satış və xidmət sahələrində rəqəmsal alətlərin inteqrasiyası barədə fikirlərlə davam edən natiq müxtəlif ölkələrdə elektron xidmətlərin necə həyata keçirildiyini müqayisəli şəkildə göstərmişdir.

“Signwise”ın nümayəndəsi Liisi Yürgen Azərbaycan Elektron İmza Qanunu ilə Avropa İttifaqı Elektron İmza Direktivi arasında paralel müqayisələr aparmışdır.

“Elektron hökumət”lə bağlı ikinci müzakirə panelində isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məsləhətçisi İsbəndiyar Əliyev “elektron hökumət”in cari vəziyyəti ilə bağlı məlumat vermişdir. “ASAN xidmət”in şöbə müdiri Azad Cəfərli təmsil etdiyi qurumun fəaliyyətini insan hüquqları kontekstində şərh etmişdir.

Bundan əlavə, “Cybernetica”nı təmsil edən Arne Ansper ölkələrarası əməkdaşlıqdan, Vergilər Nazirliyinin Baş idarə rəisi İlkin Vəliyev elektron vergi sistemlərində şəffaflıqdan, Avropa İnnovasiya və Texnologiya İnstitutunun idarə heyətinin üzvü Linnar Viik isə əməkdaşlığın perspektivlərindən söhbət açmışdır. L.Viik, həmçinin tədbirlə bağlı yekun şərhlər vermişdir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

“ASAN xidmət”in Avropada təqdimatı keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

XİN: Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə edilib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Cəbrayılda minalar aşkar edilib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Çinin ümumi daxili məhsulu 5,3 faiz artıb

Cari ilin üç ayında yol-nəqliyyat hadisələrində 33 nəfər ölüb, 72 nəfər xəsarət alıb

ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi iki qəzaya səbəb olub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qriplə allergiyanın fərqi

Naftalanda narkotik satan və alan şəxslər saxlanılıblar

Zevsin mağarası və Artemida məbədinin məkanı - Quşadası

Rusiyanın neft emalı zavodlarının PUA zərbələrinə məruz qalması neftin qiymətinə təsir edəcək

Üç ayda Qəbələdə 6,2 milyon manatlıq sənaye məhsulu ixrac olunub

“Coral Reef Watch”: Mərcan rifləri dördüncü qlobal rəngsizləşmədən əziyyət çəkirlər

İtaliyadakı G7-lərin iclasında müharibələrə son qoyulması üzrə səylər müzakirə olunacaq

Yaponiya sahillərində zəlzələ baş verib

Baş məşqçi: Gənc boksçularımızı təkmilləşdirmək niyyətindəyik

Qızıl medal qazanan boksçu: Heç bir döyüşdə çətinlik çəkmədim

Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub

Avropa çempionatında qızıl medal qazanan Azərbaycan boksçuları Vətənə qayıdıblar

BMT-nin Vyana bölməsində beyin inkişafının əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib

Kanadada “Türk irsi ayı” münasibətilə tədbir təşkil olunub

Miqren üçün yeni müalicə ümidi: Həb olaraq alınacaq dərman İngiltərədə istifadə olunmağa başlayır

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı ilk solo konsert təqdim olunacaq

Meksika mətbuatı: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazı parçalayır

Rafael Nadal uzun fasilədən sonra tennis kortuna qayıdacaq

"Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı metodik vəsaitin təqdimatı keçirilib

Amerika Yazıçılar Gildiyasının mükafatı təqdim edilib

Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Şirvanda Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunan sərgi açılıb

Britaniyanın Baş naziri İran və İsraili təmkinli olmağa çağırıb

Antoni Blinken: İsrailin müdafiəsini dəstəkləməyə və regiondakı şəxsi heyətimizi müdafiə etməyə davam edəcəyik

Hakan Fidan Türkiyədə səfərdə olan Con Bass ilə bölgədəki son hadisələri müzakirə edib

Azərbaycanın xarici işlər naziri Özbəkistan Prezidenti ilə görüşüb

Praqada azərbaycanlı müəllifin əsərinin premyerası keçirilib

Bəhruz Məhərrəmov: Sabitlik adası olmaq, təbii ki, Azərbaycanın qalibiyyətinin nəticəsidir

Sudana humanitar yardım konfransı

Çində ən böyük ticarət sərgisi olan “Kanton” işə başlayıb

Xəzər və Binəqədi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Tbilisidə parlamentin binası önündə aksiya keçirilib

Yaylaqlara köç edəcək təsərrüfat rəhbərləri üçün mina təhlükəsizliyinə dair təlimlər keçiriləcək

Moldova Texniki Universitetinin rektoru AzTU-nun nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan və Antonio Quterreş arasında telefon danışığı olub

“COP tələbləri: İqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” adlı tədbir keçirilib

Azərbaycan həndbol çempionatı: “Kür” liderliyini möhkəmləndirib

AzTU nümayəndə heyəti Moldovada beynəlxalq konfransda iştirak edib

AMEA rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib

Bayram günlərində Türkiyənin tarixi məkanlarını 1,7 milyon insan ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

® “Baku Steel Company” QSC Düsseldorfda Azərbaycanı təmsil edir

Arif Əsədov: Reysi səhv saldığımız üçün Bakıya qatarın yük yerində gəlmişdik

Fransa İsrail ordusunun səsləndirdiyi məlumata düzəliş edib

QS-nin regional direktoru: UNEC öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır

“Özbək və Azərbaycan filologiyasının aktual məsələləri” - beynəlxalq konfrans

“Kapital Bank”dan mükafatlarla dolu “50 gün, 50 hədiyyə” lotereyası

“Beynəlxalq humanitar əməliyyatlarda iştirakın hüquqi əsasları və etik normalar” mövzusunda kurs keçirilib

“Barselona”nın futbolçusu: Xəyallarımın komandasında olduğuma görə xoşbəxtəm

Yaponiyalı alimlər ağız gigiyenası ilə ürək arasında əlaqə aşkarlayıb

Cenevrədə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib

Rafael Nadal Barselonada keçiriləcək turnirdə iştirakını təsdiqləyib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başlanır

Xorvatiyada keçirilən simpoziumda Azərbaycanın azad edilmiş ərazilərində mövcud mina problemindən danışılıb

İmişlidə iki nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanılıb

Qırğız parlamentinin sədri uşaqlara ərəb adları qoymaqdan imtina etməyə çağırıb

Azərbaycanın sosial sahədə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübə kimi təqdim edilib

Gürcü ekspert: “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi maliyyə şəffaflığını nəzərdə tutur

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası; hüquqi aspektlər” kitabının qırğız dilində təqdimatı keçirilib

Maştağa, Nardaran və Bilgəh qəsəbələrində yeni içməli su təchizatı infrastrukturları yaradılır

Yüksək Liqa: “Azərreyl” yarımfinalın ilk görüşündə MOİK-i məğlub edib

Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb

“Paris-2024”: Oyunların açılış mərasiminin əlavə variantları açıqlanıb

Ramazan bayramında avtovağzallardan 43 mindən çox sərnişin daşınıb

MEK-də Dünya İncəsənət Gününə həsr olunmuş kitab sərgisi açılıb

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün keçirilən imtahanın nəticələri açıqlanıb

AMEA-da dahi şair Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd olunub

Olaf Şolts: Avropa bazarı Çin avtomobilləri ilə rəqabətə açıq olmalıdır

İngiltərədə futbol azarkeşlərini daşıyan mikroavtobus aşıb

“Sumqayıt” və “Zirə” komandaları mövsümdə 3-cü dəfə qolsuz sülhlə ayrılıblar

Rektor: COP29-un Azərbaycanda keçirilməsi gənclər üçün geniş imkanlar yaradır

Mil-Muğan bölgəsində pambıq səpini başlayıb - Sabirabaddan videoreportaj

Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik indeksindəki göstəricisi yüksəlib

Dənizkənarı Bulvar İdarəsi: Təhlükəsizliyə görə hazırda gəzinti gəmilərinin işləməsi qeyri-mümkündür

Azərbaycanda yeni ali təhsil müəssisələrinin açılması əcnəbi tələbələr üçün böyük imkanlar yaradır – RƏY

Türkiyəyə ən çox turist qonşu ölkələrdən gəlib

Siyasi şərhçi: Fransanın Ermənistanın “nazı ilə oynaması” regionda Rusiyaya qarşı cəbhə açmaq niyyətindən qaynaqlanır

BMU ilə “SABAH.academy” arasında anlaşma memorandumu imzalanıb

“Kəpəz”in hücumçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib

Azərbaycanın milli standartlaşdırma sistemi beynəlxalq tələblərə uyğunlaşdırılır

ANAMA: Ötən həftə 725 partlamamış hərbi sursat zərərsizləşdirilib VİDEO

Tədqiqat: B12 vitamini xroniki iltihabı azaltmağa kömək edə bilər

Dövlət qulluğuna test imtahanının nəticəsi elan olunub

İrpendə akademik Zərifə Əliyevanın vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirilib VİDEO

“Sabah” “Qarabağ”ın 18 matçlıq məğlubiyyətsizlik seriyasını qırıb

“Hubble” kosmik teleskopu qatı toz dumanında yerləşən qalaktikanın görüntüsünü yayıb

Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib

Azərbaycanla Oman arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Almaniyada dörd pendir növü piştaxtalardan təcili yığışdırılır

Mədəniyyət Nazirliyindən yeni layihə - “Səslənən irsimiz”

® “PAŞA Qrup” şirkətləri tərəfindən Ramazan bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub