CƏMİYYƏT
“ASAN xidmət”in fəaliyyəti ilə bağlı yenilik
Bakı, 16 sentyabr, AZƏRTAC
“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı www.asan.gov.az və www.vxsida.gov.az rəsmi internet səhifələrində statistik portal istifadəyə verilib.
Portal Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bütün fəaliyyət istiqamətləri üzrə statistik məlumatları özündə əks etdirən İntellektual Monitorinq Sisteminin bazasında formalaşdırılıb.
Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, xüsusi olaraq ictimaiyyətin istifadəsi üçün nəzərdə tutulan portal kütləvi informasiya vasitələrinin, elmi araşdırmaçıların, beynəlxalq təşkilatların, ümumilikdə ictimaiyyətin ehtiyacları nəzərə alınmaqla hazırlanıb.
Məlumatları hər gün yenilənən statistik portal dövlət idarəetməsi sahəsində qabaqcıl təcrübədir. Beynəlxalq təşkilatların və xarici ölkələrin müvafiq qurumlarının istifadəsi məqsədilə yaxın günlərdə portalın ingilis dili versiyası da istifadəyə veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:53]
Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub
- 19.04.2024 [17:46]
Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları
- 19.04.2024 [17:31]
“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb
- 19.04.2024 [17:20]
Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib
- 19.04.2024 [17:12]
Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb
- 19.04.2024 [17:04]