DÜNYA


ASEAN-ın bəyanatında Cənubi Çin dənizi barədə kodeksin hüquqi qüvvəyə malik olmasından danışılmır

Tokio, 7 avqust, AZƏRTAC 

ASEAN üzvü olan ölkələrin xarici işlər nazirlərinin dərc etdiyi birgə bəyanatda Cənubi Çin dənizində hərəkət barədə qəbul edilən kodeksin hüquqi qüvvəyə malik olmasından danışılmır. Bu barədə NHK telekanalı məlumat yayıb.

ASEAN ölkələrinin və Çinin xarici işlər nazirləri avqustun 6-da Filippinin paytaxtı Manilada Cənub Çin dənizində hərəkətlə bağlı kodeksin layihəsini bəyəniblər. Əldə edilən razılaşmaya əsasən, dənizdə baş verə biləcək münaqişələrin qarşısını almaq üçün həmin kodeksin müzakirələrinə başlanacaq.

Görüşün növbəti günü ASEAN ölkələrinin nazirləri bu sənədlə əlaqədar Vyetnam ilə Kamboca arasında yaranmış fikir ayrılığını aradan qaldırmağa çalışıblar.

Vyetnam birgə bəyanatda kodeksin məcburi hüquqi statusu məsələsinin əksini tapmasını istəyir.

Vyetnamın bu mövqeyinə qarşı çıxış edən Kamboca isə Çin ilə münasibətlərə daha çox üstünlük verir.

Avqustun 6-da axşam dərc edilən bəyanatda “hüquqi qüvvəyə malikdir” ifadəsi əvəzinə sadəcə “qüvvəyə malikdir” ifadəsi işlənib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.