DÜNYA


ASEAN-ın forumunda Şimali Koreya ilə əlaqədar ciddi müzakirələr gözlənilir

Tokio, 4 avqust, AZƏRTAC

Asiya-Sakit okean regionunda təhlükəsizliyin təmin edilməsi üzrə əsas forum Şimali Koreyanı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməyə çağıracaq.

AZƏRTAC xəbər verir ki, Cənub-Şərqi Asiya Dövlətlərinin Assosiasiyası (ASEAN) avqustun 5-də Filippinin paytaxtı Manilada xarici işlər nazirlərinin danışıqlar silsiləsi ilə işə başlayacaq.

ASEAN-ın müvafiq regional forumu isə avqustun 7-də start götürəcək. Forumda region ölkələri ilə yanaşı ABŞ, Rusiya, Çin, Yaponiya və Şimali Koreya da iştirak edəcək.

Forumda qəbul ediləcək bəyanatın layihəsində Şimali Koreya ilə əlaqədar ciddi narahatlıq ifadə olunur. Bu ölkə son illər dəfələrlə ballistik raket və nüvə sınaqları keçirib.

Bəyanat layihəsində Şimali Koreyaya müraciət olunaraq, ondan təcili qaydada BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl edilməsi, eyni zamanda, maraqlı ölkələrlə dialoqa başlamaq çağırışı öz əksini tapıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.