İQTİSADİYYAT


ƏSF "Kredobank"ın iki filialının əmanətçilərinə və borc öhdəliyi olan fiziki və hüquqi şəxslərinə müraciət edib

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Kredobank" ASC-nin "Masallı" və "Göyçay" filiallarının əmanətçilərinin və borc öhdəliyi olan fiziki və hüquqi şəxslərinə müraciət edib.

Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, "Kredobank" ASC-nin Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən filialı ləğv prosesində olan "Zaminbank" ASC-nin Masallı şəhəri, H.Əliyev prospekti 69 ünvanında yerləşən filialına, ləğv prosesində olan "Kredobank" ASC-nin Göyçay şəhəri, M.Hüseynzadə küçəsi 41 ünvanında yerləşən filialı isə ləğv prosesində olan "Zaminbank" ASC-nin Göyçay şəhəri, Z.Tağıyev küçəsi, 49 ünvanında yerləşən filialına köçürülüb.

Əmanətçilər əlavə məlumat üçün: www.adif.az saytı, 941 saylı qaynar xətt, 99412 596 65 91/92/93 nömrələri vasitəsilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.