Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

ASK-nın aqrar inkişaf və ailə kəndli təsərrüfatları ilə iş komissiyasının növbəti yığıncağı keçirilib [YENİLƏNİB]

“Azərsun Holdinq” bir neçə yeni məhsulunu “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarmağa hazırlaşır

Bakı, 7 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Oktyabrın 7-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) aqrar inkişaf və ailə kəndli təsərrüfatları ilə iş komissiyasının növbəti yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransı formatında keçirilən yığıncaqda komissiyanın sədri, “Azərsun Holdinq” Şirkətlər Qrupunun prezidenti Abdulbari Gözəl Prezident İlham Əliyevin sahibkarlığın inkişafına yaratdığı yeni perspektivlər çərçivəsində komissiyanın davamlı iş apardığını deyib. Bildirib ki, son vaxtlar dövlət başçısı biznes mühitinin əlverişliliyinin artırılması sahəsində bir çox Fərman və Sərəncamlar imzalayıb. Bundan ilk növbədə fərəhlənən, həmin qərarların tezliklə həyata keçməsində maraqlı olan məhz sahibkarlardır. Çünki işgüzar mühit nə qədər əlverişli olsa, biznes də bir o qədər möhkəmlənər. Bu da Azərbaycan iqtisadiyyatının güclənməsində mühüm rol oynayar.

“Hazırda qlobal iqtisadiyyatda mənfi proseslər davam etməkdədir. Dünya bazarında neftin bir barrelinin qiyməti 50-55 dolları keçən kimi, ABŞ bu prosesə müdaxilə edərək ölkədəki ehtiyat yataqlarını işə salır. Çünki qazanc əldə edir. Bunun nəticəsində neftin qiyməti yenidən ucuzlaşır. Dünya bazarında neftin qiymətinin 40-45 dollaradək ucuzlaşması fonunda bir çox hasilatçı ölkələrin iqtisadiyyatında çətinliklər yaranır”, - deyə A.Gözəl bildirib.

“Azərsun Holdinq” Şirkətlər Qrupunun prezidenti qeyd edib ki, Prezident İlham Əliyev bu prosesləri 10 il əvvəl görüb və neftdən asılılığın azaldılması üçün Azərbaycanda qeyri-neft sektorunun inkişafına daim dəstək verib. Hazırda biz bu dəstəyin bəhrəsini əyani surətdə görürük. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payı günbəgün artmaqdadır. Neftin ucuzlaşan qiyməti fonunda azalan gəlirləri isə qeyri-neft ixracının hesabına kompensasiya etmək olar. Bunun üçün ölkədəki qeyri-neft məhsullarının istehsalçıları daha aktiv olmalıdırlar. Prezident İlham Əliyevin yerli istehsalın stimullaşdırılması və aqrar sahənin daha da inkişafı ilə bağlı tapşırıqlarının icrası istiqamətində hazırda Azərbaycan sahibkarları tərəfindən mühüm işlər görülür.

Bu gün “Azerçay”ın Azərbaycanın milli brendinə çevrildiyini diqqətə çatdıran A.Gözəl deyib: “Bu təkcə bizim yox, bütün ölkəmizin uğurudur. Biz jurnalistlərin də bununla fəxr etməsini gözləyirik. Bugünkü görüşün də əsas məqsədi məhz “Azərsun”un məhsullarında qiymət artımı ilə bağlı əsassız xəbərlər yayan KİV nümayəndələrinin bizimlə daha sıx əlaqədə olması, həyata keçirdiyimiz işləri və uğurlarımızı yerində görməsidir”.

A.Gözəl bildirib ki, hazırda Azərbaycanda 1,5-2 milyon hektar istifadəsiz və ya səmərəli istifadə edilməyən torpaq sahəsi var. Son zamanlar Prezident İlham Əliyevin təşviqi ilə bu torpaq sahələri əkin dövriyyəsinə daxil edilir. Prezidentin bu günlərdə imzaladığı “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq edilməsi haqqında” Fərmanı istiqamətində “Azərsun Holdinq” tərəfindən də mühüm işlər görülür. “Azərsun Holdinq” Şirkətlər Qrupu bir neçə yeni məhsulunu “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarmağa hazırlaşır.

“İndiyədək 200 hektar sahədə 200 minədək nar ağacı əkən “Azərsun Holdinq” nar məhsulları üzrə yeni brend yaratmaq niyyətindədir. Şirkətlər Qrupunun “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxaracağı yeni məhsullar nar məhsulları və enerji şirələridir”, - deyə A.Gözəl qeyd edib.

Məlumat verilib ki, şirkətin məhsullarından olan duz və pomidor pastasının 100 faizi yerli xammal hesabına istehsal edilir. Lakin duzun qablaşdırılmasının 25 faizi xarici məmulatla reallaşdırılır. Pomidor pastası da bütünlüklə yerli məhsuldan hazırlansa da, onun dəmir qabda konservləşdirilməsi üçün xammal xaricdən gəlir. Şüşə qabda qablaşdırma isə yerli xammal hesabına həyata keçirilir.

“Azərsun Holdinq” Şirkətlər Qrupunun prezidenti daha sonra deyib: “Şəkər istehsalının 15 faizi yerli xammala, 85 faizi isə idxala bağlıdır. Əgər 130 milyon dollar investisiya qoysaq, şəkər tozunu 100 faiz yerli xammaldan əldə edə bilərik. Bizim şəkər zavodumuz 300 milyon avro dəyəri olan müəssisəsidir və bu ilin sonunadək şəkər istehsalında yerli xammalın payını 45-50 faizə çatdırmağı planlaşdırırıq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır