İQTİSADİYYAT


ASK prezidenti İpək Yolu Beynəlxalq Ticarət Palatasının sədr müavini seçilib

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Çin Xalq Respublikasının Sian şəhərində İpək Yolu Biznes Sammiti və İpək Yolu Beynəlxalq Ticarət Palatasının (SRCİC) Əməkdaşlıq, İnkişaf məsələləri üzrə konfransı keçirilib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) AZƏRTAC-a verilən məlumata görə, 50-dən çox ölkənin rəsmi şəxslərinin, sahibkarlar birliklərinin, biznes icması nümayəndələri və araşdırmaçılarının iştirak etdiyi bu tədbirdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev yekdilliklə İpək Yolu Beynəlxalq Ticarət Palatasının sədrinin müavini seçilib.

Konfransın əsas nəticəsi kimi İpək Yolu Beynəlxalq Ticarət Palatası nəzdində üzv qurumlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə müxtəlif formada işbirliyi platformasının yaradılması və vaxtaşırı görüşlərin, məsləhətləşmələrin keçirilməsi barədə razılıq əldə edilib. Konkret olaraq, e-ticarəti müasir informasiya-texnoloji vasitələrlə inkişaf etdirmək məqsədilə e-Silkroad platformasının, İpək Yolu Beynəlxalq Araşdırma Assosiasiyasının, İpək Yolu Ticarət Ekpo Parkının, e-ticarət və transsərhəd ticarəti prinsipi əsasında İpək Yolu Beynəlxalq Əmtəə Birjasının, Mədəniyyət Əsərlərinin Beynəlxalq Ticarəti Mərkəzinin yaradılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.