SİYASƏT


AŞPA Bürosunun və Daimi Komitəsinin Kiprdə iclasları keçiriləcək

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

Noyabrın 24-25-də Kiprdə Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin iclasları keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan parlamentinin deputatı, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova iştirak edəcək.

Tədbirlərdə Mərakeşdə, Makedoniyada, Gürcüstanda və Monteneqroda keçirilmiş parlament, Moldova və Bolqarıstanda keçirilmiş prezident seçkilərinin nəticələri, təşkilatın 2017-ci ildəki fəaliyyət planı, sağlamlıq və davamlı inkişaf, demokratiya və siyasi məsələlər mövzularında müzakirələr aparılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.