SİYASƏT


AŞPA monitorinq komitəsinin iclasında erməni uğursuzluğu

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

AŞPA monitorinq komitəsinin noyabrın 9-da Parisdə keçirilən iclasında Avropa Şurasına üzv dövlətlər arasında münaqişələrə dair alt komitənin missiyası çərçivəsində məruzə müzakirə edilib. Alt komitənin Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərlə, eləcə də digər aktual məsələlərlə məşğul olacağı qeyd olunub.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun məlumatına görə, iclasda ad-hok alt komitənin sədri və məruzəçi Stefan Şennakın çıxışından dərhal sonra Ermənistan nümayəndə heyətinin üzvü Armen Rüstəmyan məruzədə “Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilər” ifadəsinin beynəlxalq razılaşdırılmış tərifə uyğun olmadığını bildirib və bu ifadə formasına etiraz edib. Ermənistan üzrə həmməruzəçi Alan Meale Ermənistan nümayəndəsinin fikrinə dəstək verib.

Stefan Şennak isə A.Rüstəmyanın fikrinə qəti etiraz edib. Bundan sonra ermənistanlı deputat komitədə qalmaqal yaradıb.

Monitorinq komitəsinin sədri Ermənistanın düzəlişini açıq səsverməyə qoyub və düzəliş 31 əleyhinə, 3 lehinə olmaqla rədd edilib.

Məruzəçi S.Şennakın təklif etdiyi ilkin qərar “Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal edilmiş digər əraziləri” ifadəsi ilə yekdilliklə qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.