SİYASƏT


AŞPA-nın monitorinq komitəsinin həmmərizəçisi Serbiyaya səfər edəcək

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 25-dən 29-dək Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın monitorinq komitəsinin Serbiya üzrə həmməruzəçisi qismində Serbiyaya səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər müddətində Səməd Seyidovun Avropa Şurasının Serbiya ofisinin rəhbəri, həmçinin ölkə rəhbərliyi, Şuraya üzv ölkələrin Serbiyadakı səfirləri, QHT-lərin təmsilçiləri, media nümayəndələri, Hakimlər və İctimai Vəkillər Assosiasiyasının, bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvləri, parlamentdə təmsil olunan iqtidar və müxalifət partiyalarının başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.

Keçiriləcək görüşlərdə Serbiyanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə əməl olunması barədə fikir mübadiləsi aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.