Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“ASPİ AGRO” MMC-nin “Savalan” brendi ilə istehsal etdiyi müxtəlif çeşiddə şərablar xarici ölkələrə ixrac olunur

Qəbələ, 29 mart, Şahnəzər Bəşirov, AZƏRTAC

Prezident İlham Əliyevin ölkəmizdə üzümçülüyün inkişafı, ixracyönümlü yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, “ASPİ AGRO” MMC tərəfindən mühüm işlər görülür. Azərbaycanda üzümçülüyün inkişafında böyük xidmətləri olan “ASPİ AGRO” MMC 2007-ci ildə təsis edilib. Şirkət ölkəmizdə qədim tarixə malik üzümçülük və şərabçılıq sahəsinin keçmiş şöhrətini bərpa etməyə və Azərbaycan süfrəsini dünyanın ən gözəl, yüksək keyfiyyətli üzüm və yüksək keyfiyyətli şərab növləri ilə təmin etməyə nail olub.

AZƏRTAC xəbər verir ki, şirkətin Qəbələ rayonunun Savalan kəndindəki üzüm emalı və şərab istehsalı zavodu indiyədək öz fəaliyyətində müasir texnologiyanın tətbiqinə və Azərbaycan şərabçılarının ənənələrinə əsaslanaraq, üzümün yetişdirilməsindən başlayaraq yüksək keyfiyyətli şərab və konyak məhsullarının buraxılışınadək tam bir istehsal prosesini özündə birləşdirir. Şirkət yarandığı vaxtdan bu günə kimi üzüm tingləri istehsalı və satışı üzrə dünyanın ən böyük qabaqcıl şirkətləri olan İtaliyanın “VİVA Cooperative Rausedo” VCR və Fransanın “GONTARD FRERES” şirkətləri ilə sıx əlaqə yaradıb, həmin şirkətlərin mütəxəssislərinin daimi məsləhət və tövsiyələri əsasında Qəbələ rayonunda nadir iqlim şəraitinə malik, qədim dövrdə şərab sənayesinin çiçəkləndiyi yerdə - Böyük Qafqaz dağlarının ətəklərində, Savalan vadisində geniş üzüm sahələri salıb.

Ərazinin təbii şəraiti, dəniz səviyyəsindən 400 metr yüksəklikdə yerləşməsi, illik yağıntıların miqdarı, eləcə də illik temperatur göstəriciləri və ərazinin müxtəlif yerlərindən götürülmüş torpaq nümunələrinin İtaliya və Fransa şirkətlərinin laboratoriyalarında aparılmış analizləri bu yerdə yüksək keyfiyyətli nadir üzüm sortlarının yetişdirilməsinin mümkünlüyünə əsas verir. Bu göstəricilərə əsasən İtaliya və Fransanın üzümçülük şirkətləri ilə “ASPİ AGRO” MMC-nin mütəxəssislərinin birgə səyi nəticəsində ərazidə əkiləcək üzüm növləri və onların kök sistemləri seçilib. Seçilmiş növlər üzrə İtaliyanın “VİVA Cooperative Rausedo” VCR və Fransanın “Gontard Freres” şirkətlərindən yüksəkkeyfiyyətli üzüm tingləri gətirilib və qəbul edilmiş normativlər əsasında lazımi aqrotexniki tədbirlər həyata keçirilərək əkilib.

Bundan başqa, üzüm bağında təbii şəraitə tam nəzarət etmək üçün İtaliyanin “Netsense” şirkətindən alınan "Weather machine"dan (hava maşını) istifadə olunur. Onun vasitəsilə üzüm bağında havanın temperaturuna, hava və torpağın rütubətliyinə, orta illik yağıntıların miqdarına və küləyin əsmə sürətinə nəzarət həyata keçirilir ki, bu da üzüm bağında vaxtlı-vaxtında aqrotexniki tədbirlərin görülməsinə elmi əsaslar verir. Üzüm bağlarının becərilməsində İtaliyanın qabaqcıl şirkətlərinin istehsal etdiyi ən son texnoloji avadanlıqlardan və qurğulardan, yəni cərgəarası texnikalar, çiləyici avadanlıqlar, avtomatik üzüm budama aqreqatlarından istifadə edilir ki, bu da yüksək keyfiyyətli üzüm yetişdirilməsinə imkan verir.

Şirkətin Qəbələdə yetişdirdiyi üzüm sortları və “Savalan” brendi ilə istehsal etdiyi şərablar

Hazırda şirkətin 343 hektar sahədə üzüm bağı mövcuddur ki, bunun 298 hektarı texniki növ, 45 hektarı isə süfrə növündən olan üzüm bağlarıdır. Şirkətin Qəbələ rayonundakı üzüm bağlarında 21 texniki ("Şardone", "Pino Nuar", "Kaberne Saviqnon", “Merlot", “Grenaj”, “Kaberne Frank”, “Syrah”, “Alikante Buşe”, “Rislink”, “Vioqnier”, “Rebo”, “Arinorno”, “Verdeco”, “Marselan”, “Peti Vedro”, “Muskat Blanko”, Montepulucano Aliateko”, “Traminer”, “Mauvedro”, “Fransız Kolumbard”) və 14 süfrə (“İtaliya”, “Mikele-Poleri”, “Krimson”, “Redjina”, “Sultanina”, “Prima Kardinal”, “Viktoriya”, “Matilve”, “Muskat”, “Qambruski”, “Black Macig”, “Alponse”, “Qentenyal”, “Danlas”) üzüm sortları yetişdirilir.

Yetişdirilən üzüm növləri dünya standartlarına cavab verən yüksəkkeyfiyyətli şərabların hazırlanması üçün şirkətə məxsus “Savalan” üzüm emalı müəssisəsinə verilir. “ASPİ AGRO” MMC-nin “Savalan” üzüm emalı və şərab istehsalı zavodu 2010-cu ildə istifadəyə verilib. Müəssisə Prezident İlham Əliyevin iştirakı və xeyir-duası ilə fəaliyyətə başlayıb. Bu da dövlətimizin başçısının sahibkarlara və özəl sektorun inkişafına diqqət və qayğısının bariz nümunəsidir.

İtaliyanın ən məşhur şirkətlərindən biri olan "Della Tofolla" şirkətinin avadanlıqları ilə təchiz olunmuş şərab zavodunda hazırda “Savalan” brendi ilə 16 çeşiddə şərab istehsal olunur və onların əksəriyyəti xarici ölkələrə ixrac edilir. Burada şərabların təkrarolunmaz çalarlarının yaradılması üçün ən müasir texnologiyalardan, İtaliyanın keyfiyyət ənənələrindən və Qəbələnin incə tamlı üzümündən istifadə olunur.

“Savalan” zavodunun məhsulları “Made in Azerbaijan” brendinin
xarici bazarlarda təşviqi üçün ixrac missiyalarında

Son illər respublikamızda sənaye zonalarının açılması, müxtəlif sahələr üzrə zavod və fabriklərin fəaliyyətə başlaması, Bakı ilə yanaşı, digər şəhərlərin də sənaye potensialının artırılması, texnoparkların və aqroparkların qurulması regionların böyük sürətlə inkişafını təmin etməyə imkan yaradır. Ölkəmizin ərzaq təhlükəsizliyi təmin olunur, kənd təsərrüfatının və müvafiq infrastrukturun inkişafına investisiyalar qoyulur, ərzaq və qeyri-ərzaq məhsullarının ixrac qabiliyyətinin artırılması istiqamətində mühüm addımlar atılır.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri 2016-cı ildən başlayaraq qeyri-neft ixracının artırılması, yeni bazarlara çıxışın təmin olunmasıdır. Bununla bağlı ölkə rəhbəri bir sıra mühüm fərman və sərəncamlar imzalayıb. Dövlətimizin başçısının 2016-cı il 5 oktyabr tarixli Fərmanına əsasən “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, ixrac missiyalarının təşkili və digər tədbirlərin həyata keçirilməsi sahibkarların ixraca olan marağının və ixrac olunan qeyri-neft məhsulları çeşidlərinin artması, ixrac coğrafiyasının genişlənməsi, yerli mənşəli məhsulların xarici bazarlarda analoji məhsullarla rəqabətqabiliyyətinin yüksəldilməsi baxımından xüsusi rol oynayır. Bundan başqa, bu sahədə işləri sürətləndirmək üçün Prezident İlham Əliyevin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncama uyğun olaraq Azərbaycanda istehsal edilən məhsul və xidmətlərin ixrac portalı (www.export.az) yaradılıb. Artıq Sərəncamın icrası ilə bağlı ixrac missiyaları təşkil olunub, sahibkarların missiyalarla bağlı bütün xərcləri dövlət büdcəsi hesabına ödənilib.

İlk ixrac missiyası çərçivəsində 12 şərab istehsalçısı Honkonqda, 2-ci missiya çərçivəsində 9 şərab istehsalçısı Çinin Quançjou şəhərində öz məhsullarını potensial alıcılara təqdim etmək imkanı əldə edib. İxrac missiyası zamanı Çinə şərab ixracı ilə bağlı müqavilə imzalanıb və müqaviləyə əsasən artıq “Savalan” şərablarının Çinə ixracına başlanılıb. Həmçinin Quançjou şəhərinə təşkil edilən ixrac missiyasında Azərbaycan istehsalı olan “Savalan Syrah” markalı şərabı qızıl medala layiq görülüb.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ("Azpromo") təşkilatçılığı ilə Azərbaycan şərabları və spirtli içkiləri ilk dəfə olaraq “Made in Azerbaijan” vahid ölkə stendi ilə Almaniyanın Düsseldorfd şəhərində keçirilən “Prowein” sərgisində nümayiş olunub. Bu sərgidə “ASPİ-AGRO” MMC şirkəti də istehsal etdiyi “Savalan” markalı şərabları ilə iştirak edib. 130 ölkədən 60 minə yaxın ziyarətçinin iştirak etdiyi “Prowein” sərgisində Azərbaycan məhsulları böyük maraqla qarşılanıb. “Prowein”in internet kanalında Azərbaycan stendinə və şərab məhsullarımıza dair xüsusi buraxılış yayımlanıb. “Made in Azerbaijan” vahid ölkə stendini ziyarət edənlərə Azərbaycanın investisiya və biznes imkanları, rəqabətqabiliyyətli və ixracyönümlü kənd təsərrüfatı məhsulları barədə məlumat verilib, Azərbaycanın tarixini və mədəniyyətini özündə əks etdirən videoçarx nümayiş olunub, ölkə haqqında müxtəlif çap materialları paylanıb. Hazırda Azərbaycan məhsulu olan “Savalan” şərabları Rusiya, Türkiyə, Hollandiya və Çinə ixrac edilir. Bu istiqamətdə görülən işlər, həyata keçirilən tədbirlər “Made in Azerbaijan” brendinin xarici ölkələrdə daha yüksək səviyyədə təşviqinə hesablanıb ki, bu da ümumilikdə ölkəmizin dünya iqtisadi birliyinə inteqrasiyasına yeni təkan verəcəkdir.

Hazırda Azərbaycan məhsullarının yeni bazarlara çıxış imkanlarını genişləndirmək üçün tədbirlər öz bəhrəsini verir. “ASPİ AGRO” MMC çalışır ki, “Savalan” üzüm emalı müəssisəsi məhsul istehsalını artırmaqla yanaşı, daha çox xarici ölkəyə şərab ixrac edə bilsin. Şirkət bunun üçün dövlətin yaratdığı bütün imkanlardan bəhrələnir. Xarici bazarı genişləndirmək məqsədilə zavod öz məhsullarını tez-tez beynəlxalq sərgilər və mətbuat vasitəsilə nümayiş etdirir.

“Savalan” şərablarını bu qədər məşhurlaşdıran nədir?

Hər şeydən əvvəl Qəbələnin Savalan kəndinin ideal coğrafi və iqlim şəraitidir. Bunun sayəsində yetişən üzüm özünəməxsus xarakterə və fərdi xüsusiyyətlərə malik autentik şəraba çevrilir. Bu, əsrlərlə formalaşan ənənələrin və müasir şərabçılıq meyillərinin ahəngidir. Əllə yığılan üzüm müasir zavodda ən yeni mexanikləşdirilmiş texnologiyaların köməyi ilə emal olunur.

Bundan başqa, zavodda müxtəlif çeşiddə şərablar İtaliyanın yüksəkixtisaslı texnoloqu Daniel D”Anderanın rəhbərliyi ilə istehsal edilir. Şərabın hərtərəfli yoxlanması Avropalı ekspert Ermanno Murari tərəfindən həyata keçirilir. Şərablar bütün müəyyən olunmuş normalara riayət edilməklə zirzəmidə, palıd çəlləklərdə saxlanılır ki, bu da ona əlavə ətir verir.

“Savalan” üzüm emalı müəssisəsinin illik istehsal gücü 1000 ton şərabdır. Bütün məhsulların analizi İngiltərədən alınan və MDB məkanında yalnız “Savalan” zavodunda olan, dünyada məşhur analiz edən “FOSS” şirkətinin “WineScan FT 120” lazer analiz aparatının köməyi ilə həyata keçirilir. Bu aparatlar kimyəvi preparatlarsız işləyir və bir dəqiqə ərzində şərabın və ya üzüm şirəsinin 24 parametrini maksimal dəqiqliklə müəyyən etməyə imkan verir. Standart laboratoriyalarda bu cür analizlərin edilməsi iki həftədən çoх çəkir. Belə bir aparatın olması üzüm şirəsində şəkərin səviyyəsinin təyinindən tutmuş şərabın fermentasiyasının nəzarətinə qədər bütün mərhələlərdə şərabın istehsalına nəzarət etməyə imkan verir.

“Savalan” zavodunun məhsullarının iştirak etdiyi sərgilər

Şirkətin məhsulları Bakıda təşkil edilən “СASPİAN AGRO-2009”, “СASPİAN AGRO-2010”, 2011-ci ildə keçirilən “Azərbaycan 20 ildə”, 2011-ci ildə Rusiya və Ukraynada keçirilən “KARTAVİN” Beynəlxalq Şərab və Dequstasiya Sərgilərində iştirak edib. Zavodun məhsulları 2012-ci ildə "V Honkonq Şərab Sərgisi"ndə bürünc, həmin il İtaliyanın Verona şəhərində təşkil edilən “Vinitaliya” şərab və spirtli içkilərin sərgisində, Moskva Beynəlxalq Dequstasiya Sərgisində qızıl medala layiq görülüb. Bundan əlavə, Yaponiyada “Wine-2013”, “LONDON Wine Fair-2014” beynəlxalq şərab sərgisində nümayiş olunan şirkətin şərabları 2014-cü ildə Gəncədə keçirilən “Salxım” II Beynəlxalq Dequstasiya Müsabiqəsində “Qran-Pri” mükafatına layiq görülüb.

Həmçinin 2015-ci və 2016-cı illərdə Almaniyanın Düsserdolf şəhərində keçirilən “MUNDUS VINI” Beynəlxalq Şərab festivallarında zavodun “Petit Verdot” və "Kaberne Saviqnon" adlı şərabları qızıl medal, “Vioqnier” adlı şərab isə gümüş medal, 2016-ci ildə Çinin Qunaço vilayətində keçirilən “İnterwine” Beynəlxaq Şərab sərgisində “Syrah” adlı şərabı qızıl medal qazanıb. İtaliyanın Bolonya şəhərində Beynəlxalq Şərab Sərgisində “Savalan Merlot 2010” desert şərabı 5 qızıl tacdan 4+ əldə edib. Sərgidə “Ən yaxşı xarici şərab” kimi xüsusi mükafata layiq görülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Nar” ilə səyahətdə “WhatsApp”da pulsuz yazış!

Çoxmərtəbəli binada baş verən yanğın qısa müddətdə söndürülüb

Azərbaycan Texniki Universitetində Novruz festivalı keçirilib

Brüsseldə Novruz şənliyi keçirilib

® “Unibank” biznes sahibləri üçün “Bahar endirimi” kampaniyası keçirir

Əqli Mülkiyyət Agentliyində Novruz bayramı münasibətilə tədbir keçirilib

Pentaqon: ABŞ Ukraynanın Rusiya ilə müharibədə uduzmasına imkan verməyəcək

Hərbi ekspert: Azad edilmiş ərazilərdə bayram tədbirlərinin keçirilməsi böyük mənəvi əhəmiyyət daşıyır

Ali təhsil müəssisələrinin elmi-tədqiqata daha fəal təşviq edilməsi üzrə fikir mübadiləsi aparılıb

UNESCO İcraiyyə Şurasının 219-cu sessiyası davam edir

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 17-ci ildönümü qeyd edilib

“Onun ölməyən dünyası” - İsmayıl Şıxlı

“Business Sweden” COP29 ilə bağlı Azərbaycanla əməkdaşlığa açıqdır

Ukrayna hərbi yardımlarla bağlı prioritetləri açıqlayıb

Azərbaycan ilə Qırğızıstan arasında parlamentlərarası əməkdaşlığın perspektivləri müzakirə edilib

“Azərbaycan Respublikası Prezidentinin “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 3 fevral tarixli 759 nömrəli və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1657-VQD nömrəli Qanununun tətbiqi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 28 avqust tarixli 826 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 dekabr tarixli 2397 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Fövqəladə Hallar Nazirliyi TƏBİB-in əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 903-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 23 sentyabr tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin tərtib olunma forması”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 may tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi  Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Balakəndə Novruz bayramı qeyd olunub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Təbiət Tarixi Muzeyinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 10 iyul tarixli 265 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət-özəl tərəfdaşlığı Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Norveç Azərbaycanda COP29-un uğurla keçirilməsinə dəstək verməyə hazırdır

AFAQ layihəsi çərçivəsində Zəngilanda qadın fermerlərə dəstək göstərilib

DSX-nin Xüsusi Məktəbində bir gün - VİDEOREPORTAJ  

Gəncədə güclü yağış fəsadlara səbəb olub

Sükan arxasında huşunu itirən xanıma kömək edən sürücüyə mükafat verilib

Yaşıl donlu, qırmızı qurşaqlı...

Naxçıvanda “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib

AQTA biotəhlükəsizliyi təmin etmək məqsədilə bitkiçilik təsərrüfatlarında monitorinqlər aparır

DİM: 31 dövlət orqanında 83 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Bakı hava limanı bayram günlərində fasiləsiz iş rejimində çalışacaq

"Xalqın mədəni sərvəti" layihəsi davam edir

BDU-nun Astrofizika kafedrası Novruz bayramının astronomik izahını verib

Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində narkotiklərin insan orqanizminə məhvedici təsiri barədə məlumat verilib

Füzuli şəhərində İlaxır çərşənbə qeyd olunub FOTO VİDEO

Bakıda velosiped zolaqları şəbəkəsinin 50 kilometrə çatdırılması planlaşdırılır

Faktiki hava: Bakıda və Abşeron yarımadasında havanın temperaturu 8 dərəcə təşkil edib

Prezident İlham Əliyevin NATO-nun Baş katibi ilə görüşü Səudiyyə mediasının diqqət mərkəzində olub

İçərişəhərdə bərpa olunmuş nadir fotolardan ibarət sərgi açılıb

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib

“Türk dünyasının ortaq mirası Novruz” - Folklor İnstitutunda sərgi-tədbir

Azərbaycanın turizm imkanları Moskvada nümayiş etdirilir

“Qarabağ”ın futbolçusu Azərbaycan millisinin heyətindən çıxarılıb

LAMOST ulduzunun Volf-Raye fenomeni göstərdiyi məlum olub

Böyük Qayıdışla bağlı fləşmob keçirilib VİDEO

Nazir: “Onlayn Azərbaycan” layihəsinin 71 faizi icra olunub

Novruz bayramı ilə əlaqədar bu ayın müavinət, təqaüd və ünvanlı yardımları bu gün tam ödənilib

BMTM-in nümayəndə heyəti Koreya Respublikasında bir sıra görüşlər keçirib

Brüsseldə dil məsələləri müzakirə olunub

Milli Observatoriyaya 3 beynəlxalq ISO sertifikatı təqdim edilib

Naxçıvanın Türkiyə ilə “Sərhədyanı ticarət” imkanları müzakirə olunub

16 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növbəti maarifləndirmə tədbiri təşkil olunub

Narkotik aludəçisi olan keçmiş futbolçu: Həyatın əllərimdən sürüşdüyünü hiss edirəm

“Ulduz” jurnalının bu il üçün ilk sayı çapdan çıxıb

Bayram günlərində şəkərli diabet xəstələrində pəhriz rejiminin pozulması diabetik komalara belə gətirib çıxara bilər

Bakıda keçiriləcək güləş üzrə lisenziya turniri üçün son hazırlıq prosesi başlayıb

“Təhlükəsiz məktəb” sosial layihəsi çərçivəsində fövqəladə hallarla bağlı davranış qaydaları barədə məlumat verilib

Tətildən sonra ilk dərs gününün tarixi açıqlanıb

Bayram günlərində bölgələrdə hava necə olacaq?

Təhsil müəssisələrində bayram şənlikləri keçirilib

Qazaxın sərhəd kəndinin sakinləri İlaxır çərşənbəni necə qarşılayırlar? VİDEOREPORTAJ

ATMU-da bayram festivalı: “Yurdumuza bahar gəlir”

700 mindən çox pensiya, müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb

AQTA “Ana südü əvəzedilməzdir” adlı layihəyə start verir

AzMİU-nun müəllim və tələbələri Belçikada pilot tədris həftəsində iştirak ediblər

Qar uçqunu Türkiyənin şərqində 158 yaşayış məntəqəsi ilə əlaqəni iflic edib

Dövlət Su Ehtiyatları Agentliyi gücləndirilmiş iş rejimində çalışacaq

® Balaxanı Əməliyyat Şirkətinin rəhbər və işçi heyəti İlaxır çərşənbəsini qeyd edirlər

FHN-in nümayəndə heyəti Türkiyədə səfərdə olub

Britaniyanın rəsmi sikkəsində “Ulduz müharibələri” filmindən “Minilliyin şahini” təsviri yer alıb

Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ideal məkana çevirir – RƏY

BDU-nun şəhid məzunu Namiq Cavadovun ailəsi ziyarət olunub

BMU-da əcnəbi tələbələr üçün “Multikultural Novruz bayramı” adlı tədbir keçirilib

Almaniyalı futbolçu mövsümün sonunda karyerasını bitirmək istəyir

BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub

Ağalı sakinləri İlaxır çərşənbəni qeyd ediblər FOTO VİDEO

Akademik: Ekoloji terrora məruz qalmış Azərbaycan torpaqlarının və meşə resurslarının bərpası dövrümüzün ən böyük çağırışıdır

® “Coca-Cola” gəncləri Novruz bayramı münasibətilə təbrik etdi

® Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul olub

Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir

Çiçəkçilik sevdası: Hobbi necə biznesə çevrildi? – MÜSAHİBƏ

Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir FOTO

Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

® “Xonça” məhsullarının qida təhlükəsizliyi tələblərinə uyğunluğu təsdiqlənib

Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Şəki teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub

Türkiyənin zəlzələ bölgəsində inşası tamamlanan mənzillər sahiblərinə təqdim ediləcək

Pedaqoji Universitetdə Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Bakı Mühəndislik Universitetində Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq imkanları müzakirə edilib

Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır

"Qədim Şabran" abidəsində Novruz şənliyi VİDEO

“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq