İQTİSADİYYAT


“AS Group İnvestment” şirkəti Gürcüstan Memarlar Assosiasiyasının mükafatına layiq görülüb

A+ A

Bakı, 31 oktyabr, Ramiz Quliyev, AZƏRTAC

Azərbaycanın “AS Group İnvestment” şirkətlər qrupunun Tbilisi şəhərində həyata keçirdiyi “Dirsi” layihəsi Gürcüstan Memarlar Assosiasiyasının təsis etdiyi “For Housing Development” mükafatının qalibi seçilib. Qalib üçün təsis edilmiş mükafat “AS Group İnvestment” şirkətlər qrupuna təqdim edilib.

Bu barədə AZƏRTAC-a şirkətin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Memarlar Assosiasiyasının təsis etdiyi memarlıq mükafatı Gürcüstanda şəhərsalma, memarlıq və interyer-dizayner sahəsində aparılan ən yaxşı layihələrə təqdim olunur. Mükafatın laureatları peşəkar və ictimai münsiflər heyəti tərəfindən müəyyən edilir.

Xatırladaq ki, 2014-cü ilin noyabr ayında birinci mərhələsi başa çatan “Dirsi” regionun ən iri yaşayış kompleksidir. Layihənin birinci mərhələsi çərçivəsində “AS Group İnvestment” 2600 “açar təslimli” mənzili istismara təhvil verib. “AS Group İnvestment” Kür çayının sahilində yerləşən “Dirsi” yaşayış kompleksini “bütün xidmətlər bir addımlıqda” konsepsiyası əsasında inşa edib. Kür sahilində yerləşən bulvar, yaşıllıqlar, idman infrastrukturu “Dirsi”ni Tbilisidə reallaşan digər layihələrdən fərqləndirir.

Bundan başqa, 46 hektar ərazidə 5 minə yaxın mənzillə yanaşı olaraq, gələcəkdə otel, park və ticarət mərkəzinin də tikintisi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.