SİYASƏT


ATƏT PA Azərbaycanın təklifini qəbul etdi: “Ölkələrin ərazi bütövlüyü, suverenliyi və sərhədləri toxunulmazdır”

Ermənilərin “xalqların öz müqəddəratını təyin etmə təklifi” isə rədd edildi

Minsk, 7 iyul, AZƏRTAC

ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iyulun 7-də Minskdə keçirilən iclasında “ATƏT regionunda sülh və rifah naminə qarşılıqlı inam və əməkdaşlığın genişləndirilməsinə dair” qətnamə layihəsi müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan və Ermənistan nümayəndə heyətləri qətnamə layihəsinə əlavələrin olunması ilə bağlı təkliflərlə çıxış edib.

Erməni deputatların xalqların öz müqəddəratını təyin etmə prinsipinin qətnaməyə əlavə edilməsi təklifi Parlament Assambleyası tərəfindən rədd edilib.

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin iki mühüm təklifi
(https://www.youtube.com/watch?v=D5TSIZqcYsI&feature=youtu.be) Assambleya tərəfindən səs çoxluğu ilə qəbul edilib. 

A.Quliyevin təklifi ilə qətnamənin 8-ci bəndinə edilən dəyişikliyə əsasən “ATƏT ərazisində münaqişələrin həll edilməsi prinsipləri qeyd edilir və problemin həllinin yalnız münaqişələrə cəlb olunmuş ölkələrin ərazi bütövlüyü, beynəlxalq birlik tərəfindən tanınan sərhədləri və suverenliyi çərçivəsində həlli tələb olunur”.

Azay Quliyev tərəfindən qətnamənin 14-cü maddəsinə edilən digər bir dəyişikliyə görə “ATƏT regionundakı məcburi köçkün və qaçqınların doğma torpaqlarına könüllü, təhlükəsiz, ləyaqətlə və maneəsiz şəkildə qayıtması qeyd olunur və mülkiyyət hüququndan məhrum edilmiş insanların humanitar vəziyyəti ilə bağlı narahatlığı ifadə edilir”.

Komitənin iclası öz işini davam etdirir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.