SİYASƏT


ATƏT PA-nın komitə iclasında Ermənistanın təxribatının qarşısı alınıb

Minsk, 7 iyul, AZƏRTAC

ATƏT Parlament Assambleyasının iyulun 7-də keçirilən demokratiya və insan hüquqları komitəsinin iclasında Ermənistan nümayəndə heyətinin təxribatının qarşısı alınıb.

AZƏRTAC xəbər verir ki, iclasda “ATƏT regionunda sülh və əmin-amanlıq naminə əməkdaşlığın və etimadın artırılması” adlı qətnamə layihəsinə Ermənistan nümayəndə heyəti münaqişə zonalarına girişin asanlaşdırılması və bunun üçün maneələrin yaradılmamasına dair düzəliş təklif edib.

Bundan sonra Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbərinin müavini Tahir Mirkişili çıxış edərək bu düzəlişin beynəlxalq qanunlara zidd olduğunu və münaqişə zonalarında qanunsuz fəaliyyətə qanuni don geyindirmək məqsədi daşıdığını bildirib.

Ermənistan nümayəndə heyətinin təklifi 44 əleyhinə, 4 lehinə səslə rədd edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.