SİYASƏT


ATƏT PA-nın vitse-prezidenti Minsk qrupunun həmsədrlərini tənqid edib

Minsk, 5 iyul, AZƏRTAC

ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev iyulun 5-də Minskdə ATƏT PA-nın 26-cı illik sessiyasında Minsk qrupunun həmsədrlərini tənqid edib.

Azay Quliyev çıxışında bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri illik sessiyaya dəvət olunsalar da, onlar dəvəti qəbul etməyiblər. O deyib: “Onlar indiyədək danışıqlarda heç bir nəticəyə nail olmayıblar. Düşünürəm ki, Minsk qrupu həmsədrləri ATƏT-in digər institutları ilə əməkdaşlıq etməlidirlər. Seçicilərimiz deputat olaraq bizdən hər zaman bu məsələdə inkişafın olub-olmadığı və Minsk qrupunun həmsədrlərinin məsələyə yanaşması barədə soruşurlar. Yenə də təklif edirəm ki, Minsk qrupu həmsədrləri illik sessiyalarda iştirak etməyə dəvət edilsinlər”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.