MƏDƏNİYYƏT


ATƏT PA-nın yay sessiyasının iştirakçıları gürcü şərablarından dadıblar

A+ A

Tbilisi, 3 iyul, AZƏRTAC

ATƏT PA-nın Tbilisidə keçirilən 25-ci yay sessiyası çərçivəsində tədbirin təşkil olunduğu ərazidə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi tərəfindən sərgi açılıb.

Sərgidə gürcü şərabları, süd, arıçılıq məhsulları, milli geyim formaları, dulusçuluq, toxuculuq və yüngül sənaye malları nümayiş etdirilib. Milli geyimdə olan oğlan və qızlar milli musiqiləri və rəqsləri ifa ediblər.

Sessiya iştirakçıları sərgiyə maraqla baxıb, məhsullardan dadıb və bəzi əşyalar alıblar.

Nazirliyin əməkdaşları bildiriblər ki, bu cür tədbirlər xalqların milli mədəniyyətini, incəsənətini, mətbəxini dünyada tanıtmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Sərgidə satılan mallardan əldə olunan aztəminatlı ailələrə, kimsəsizlərə göndəriləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.