SİYASƏT


ATƏT Parlament Assambleyasının qış sessiyası fevralın 23-24-də keçiriləcək

Vyana, 1 fevral, AZƏRTAC

Fevralın 23-24-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 16-cı qış sessiyası keçiriləcək.

Hofburq Konqress Mərkəzində keçiriləcək sessiyanın açılışında ATƏT PA-nın Prezidenti Kristine Muttonen və digər rəsmilər çıxış edəcək, müvafiq komitələrdə siyasət və təhlükəsizlik, iqtisadiyyat və ətraf mühit, insan hüquqları və humanitar məsələlər ətrafında müzakirələr aparılacaq. Sessiyada, həmçinin təhlükəsizliyə qarşı təhdidlərin gücləndiyi müasir dövrdə insanların təməl hüquqlarının müdafiəsinin əhəmiyyətinə həsr olunmuş “Böhranlar dövründə insan haqlarının qorunması” mövzusunda xüsusi debatlar təşkil olunacaq.

ATƏT-ə üzv olan 57 ölkənin 300-dək parlamentarisinin qatılacağı sessiyada ölkəmizi Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.