SİYASƏT


ATƏT-in Kiyevdəki ofisinin qarşısında etiraz aksiyası keçiriləcək

Bakı, 6 iyul, AZƏRTAC

Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Gənclər Birliyi ATƏT-in Kiyevdəki ofisinin qarşısında Azərbaycan torpaqlarını işğal edən Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına etiraz əlaməti olaraq aksiya keçirəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, aksiyanın keçirilməsində məqsəd Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin dinc sakinlərinin atəşə tutulması, Sahibə Allahverdiyevanın (Quliyeva) və iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması ilə bağlı yerli ictimaiyyəti məlumatlandırmaq, dünya birliyini Ermənistan dövlətinin Azərbaycanın işğal olunmuş torpaqlarında özbaşınalığına son qoymağa çağırmaqdır.

Etiraz aksiyası ilə bağlı icazənin alınması üçün artıq Ukraynanın müvafiq dövlət orqanlarına müraciət olunub. Aksiyada Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan dövlətinin təcavüzkarlıq siyasətinə etiraz ifadə edən şüarlar səsləndiriləcək. Aksiya iştirakçıları təcavüzkar Ermənistana qarşı sərt sanksiyaların tətbiqi üçün beynəlxalq təşkilatlara müraciət etməyi planlaşdırırlar.

Qeyd edək ki, Ukraynada yaşayan azərbaycanlı gənclərlə yanaşı, diaspor təşkilatlarının nümayəndələrinin də etiraz aksiyasında iştirakı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.