SİYASƏT


ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə bağlı bəyanat yayıb

Bakı, 5 iyul, AZƏRTAC

ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində yenidən zorakılıq hallarının baş verməsi nəticəsində dinc sakinlər də daxil olmaqla itkilərin yaşanmasına dair bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda həmsədrlər hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa çağırır. “Zorakılıq yalnız sonrakı zorakılığı gətirir və heç nə vermir. Uzun müddətdir, davam edən bu münaqişənin həllinin yeganə məsuliyyətli və humanitar yolu tərəflərin xoş niyyətlə danışıqlar masasına qayıtmasıdır”, - deyə bəyanatda bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.