SİYASƏT
ATƏT-in fəaliyyətdə olan sədri: İnsan hüquqlarının qorunmasından danışanda münaqişələr unudulmamalıdır
Strasburq, 13 oktyabr, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının oktyabrın 13-də keçirilən plenar iclasında Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmeyer çıxış edib.
Nazir Avropa Şurasına üzv ölkələrdə insan hüquqlarının vəziyyətinə toxunaraq, qurumun əhatə etdiyi məkanda baş verən münaqişələrə, tanınmamış ərazilərə diqqət çəkib.
Bildirib ki, Avropa məkanında insan hüquqlarının qorunmasından danışanda Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Dağlıq Qarabağ münaqişələri unudulmamalıdır. Avropa məkanında belə münaqişələr olmamalıdır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq