SİYASƏT
ATƏT-in nümayəndələri təmas xəttində monitorinq keçirəcəklər VİDEO
Bakı, 18 mart (AZƏRTAC). ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 19-da Azərbaycan Respublikasının Ağdam rayonunun Mirəşelli kəndi yaxınlığında yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Jiri Aberle nəzarət edəcəklər.