DÜNYA


ATƏT-in rəhbər vəzifələrinə təyinatlar razılaşdırılıb

Mauerbax, 11 iyul, AZƏRTAC

İyulun 11-də ATƏT-in iştirakçı dövlətlərinin xarici işlər nazirlərinin qeyri-formal toplantısı çərçivəsində ATƏT-in rəhbər vəzifələrinə təyinatlarla bağlı razılaşma əldə olunub. Avstriya Teleradiosunun (ORF) yaydığı məlumata görə, iyulun 1-dən vakant olan ATƏT-in Baş katibi postunu isveçrəli diplomat Tomas Qreminqer tutacaq. Baş katib vəzifəsini tərk edən Lamberto Zannier isə beynəlxalq təşkilatın milli azlıqlar üzrə komissarı olacaq.

Beynəlxalq təşkilatın daha iki qurumuna rəhbərlik edəcək şəxslərin də adı məlum olub. İslandiyanın keçmiş xarici işlər naziri İnqibyörq Solrun Qisladottir Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Büronun rəhbəri, fransalı keçmiş səfir Halem Desir isə ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi postuna gətiriləcək.

Vyana yaxınlığındakı Mauerbax qəsəbəsində keçirilən toplantı öncəsi kadr məsələləri ətrafında üzv ölkələr arasında fikir ayrılığı mövcud olsa da, son olaraq “paket razılaşma” əldə edilə bilib. Yeni kadr təyinatları rəsmi olaraq sabah elan olunacaq.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Mauerbax

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.