ORDU
ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndələri təmas xəttində monitorinq keçirəcəklər
Bakı, 3 mart, AZƏRTAC
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 4-də Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, səhra köməkçisi Xristo Xristov və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Tuncay Sevim (Türkiyə) keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Piter Svedberq və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Markus Uidmer (İsveçrə) nəzarət edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:35]
Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO
- 26.03.2024 [13:26]
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır VİDEO
- 24.03.2024 [12:17]
Müdafiə Nazirliyi həftəlik videoicmalı təqdim edib VİDEO
- 23.03.2024 [16:14]