DÜNYA
ATƏT missiyası Qaqauz Yeri İnzibati Ərazi Qurumunda başqan seçkilərinin təşkili ilə tanış olub
Kişineu, 28 yanvar, AZƏRTAC
AZƏRTAC Moldova KİV-lərinə istinadla xəbər verir ki, ATƏT-in Moldovadakı missiyasının nümayəndələri Yuxan Kaxk və Hartmut Rank Qaqauz Yeri İnzibati Ərazi Qurumunun seçki komissiyasının üzvləri ilə görüşüblər.
ATƏT müşavirləri Komratda bu muxtar qurumda başqan seçkilərinin təşkili və keçirilməsi prosesi ilə tanış olublar.
Regionun seçki komissiyasının rəhbəri Valentin Kara qeyd edib ki, seçki kampaniyasına hazırlıq prosesində pozuntu halları qeydə alınmayıb.
V.Kara vurğulayıb: “Cümə günü, yanvarın 30-da komissiyanın iclası keçiriləcək, ona qədər bütün sənədlər yoxlanılacaq və Qaqauz Yeri başqanı vəzifəsinə bütün namizədlər məlum olacaq. Bütün təşəbbüs qrupları imza vərəqlərini bu il fevralın 19-dək təqdim etməlidirlər”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]