CƏMİYYƏT


ATGTİ: Beynəlxalq qurumlar işğalçı Ermənistana qarşı  iqtisadi və siyası təzyiqlər etməlidir

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Ermənistan ordusunun cəbhə xəttində - Füzuli rayonunun Alxanlı kəndində törətdikləri təxribat zamanı mülki əhalinin həlak olması ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda mülki əhalinin hədəfə alınması qətiyyətlə pislənilir, bu, Ermənistanın Azərbaycan ərazilərinin işğalının davam etdirmək cəhdi kimi şiddətlə qınanılır: “Beynəlxalq hüququn norma və prinsiplərinə və BMT-nin Nizamnaməsinə zidd olaraq, Azərbaycan Respublikasına qarşı işğal və təcavüz törətmiş, eyni zamanda, vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən sonra həmsədrlər və beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfi mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş xain təxribatlara əl atır.

ATGTİ olaraq biz, Ermənistanın beynəlxalq müqavilələrin şərtlərinə əməl etməsini, onun tərəfindən Azərbaycanın dinc, mülki əhalisinə qarşı törədilən təxribatlara dərhal və təcili şəkildə son qoyulması üçün beynəlxalq qurumlardan bu dövlətə qarşı iqtisadi və siyası təzyiqlər etmələrini tələb edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.