CƏMİYYƏT


ATMU beynəlxalq antiplagiat proqramı ilə əməkdaşlıq edən ilk ali təhsil müəssisəsidir

A+ A

Bakı, 22 iyul, AZƏRTAC 

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) yarandığı gündən bütün sahələrdə olduğu kimi plagiatlıq hallarının qarşısının alınması istiqamətində də gördüyü işlərlə birincilər sırasında olub. Plagiat.pl” şirkətinin regional direktoru Əli Təhməzov da universitet rəhbərliyi ilə görüşü zamanı bildirib ki, Azərbaycan Turizm və Menecment Universiteti Plagiat.pl şirkəti ilə əməkdaşlıq edən ilk universitetdir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, 2015-2016 tədris ilində universiteti bitirən 336 məzundan 90-ı təhsil aldıqları müddət ərzində yüksək bilik nümayiş etdirdiklərinə görə buraxılış işi yazıb. Yazılan işlərin hər biri antiplagiat proqramında yoxlanılaraq, oxşarlıq hesabatları çıxarılıb və mətnlərdə oxşarlıq həddi aşağı olan və ya ümumiyyətlə olmayan işlər müdafiəyə buraxılıb. Az sayda tələbələrin işində oxşarlıq yüksək həddə olub ki, həmin işlərdə yenidən işlənmə üçün müəlliflərə geri qaytarılıb.

Azərbaycan Turizm və Menecment Universiteti bu istiqamətdə işləri gələcəkdə daha da genişləndirmən niyyətindədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.