ELM VƏ TƏHSİL


ATMU-nun fəaliyyətini tədqiq etmək istəyənlər üçün etibarlı mənbə

Bakı, 8 iyun, AZƏRTAC 

“Azərbaycan Turizm və Menecment Universiteti kütləvi informasiya vasitələrində” kitabı “VM REKLAM” nəşriyyatında çapdan çıxıb.

Kitabı tərtib edən Sədaqət Turabova AZƏRTAC-a bildirib ki, nəşr turizm və menecment sahəsində aparıcı təhsil ocağı sayılan Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) qazandığı uğurların və qarşıda duran mühüm vəzifələrin kütləvi informasiya vasitələrində necə işıqlandırılmasından bəhs edir. Son bir ili əhatə edən kitab ATMU-nun inkişaf dinamikası ilə tanış olmaq istəyən mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, buraxılışda ötən il ərzində ATMU-da keçirilmiş tədbirlər, görüşlər və yeniliklərə dair mətbuatda getmiş ən vacib 218 yazı xronoloji ardıcıllıqla təqdim olunur. Kitabın hazırlanmasında məqsəd universitetin son birillik fəaliyyətini təhlil etməklə ictimaiyyətə hesabat verməkdir. Kitab ATMU-nun fəaliyyətini gələcəkdə tədqiq etmək istəyənlər üçün etibarlı mənbə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.