CƏMİYYƏT


ATU-da tədris ilinin yekun dövlət imtahanı sessiyası başlanıb

Bakı, 1 iyun, AZƏRTAC

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli yekun Dövlət İmtahan Komissiyası sədrləri və üzvü olan müəllimlərlə görüş keçirib.

ATU-dan AZƏRTAC-a bildiriblər ki, rektor G.Gəraybəyli toplantı iştirakçılarından bəzilərinin artıq imtahana nəzarətlə bağlı təcrübəsinin olduğunu bildirib. Qeyd olunub ki, mayın 2-dən iyunun 23-nə qədər ATU-da Dövlət yekun attestasiya imtahanları və magistrlərin diplom işi müdafiələri gedir. Rektor görüş iştirakçıların nəzərinə çatdırdı ki, ötən ildən etibarən imtahanlar ikipilləli şəkildə aparılır. İlk mərhələdə tələbələrin təcrübi bacarıqları OSKİ imtahanı ilə yoxlanılır, ikinci mərhələdə isə nəzəri suallar əsasında imtahanlar verilir. Həmçinin, yeganə olaraq ATU-da Apelyasiya Komissiyası yaradılıb ki, bu komissiyada artıq ayrı-ayrı fakültələr üzrə yox, ümumi formada fəaliyyət göstərəcək. Bütün imtahanlarda yaranacaq apelyasiya məsələlərinə bu komissiya tərəfindən baxılacaq.

G.Gəraybəyli bildirdi ki, tələbələrin özləri də OSKİ imtahanlarının tətbiqindən razı qalıblar. Tələbələrin rəyini öyrənmək məqsədilə ötən il imtahan keçirilən zallara qutular qoyulub və tələbələr anonim olaraq öz fikirlərini yazıb həmin qutuya atıblar: “Rəylərin demək olar əksəriyyəti müsbət yönümlü idi. Bu il 2016-cı ildən fərqli olaraq, imtahanlar 5 yox, 10 tapşırıq üzrə aparılacaq.”

Sonra ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev imtahanların təşkili ilə bağlı sərəncamları iştirakçıların diqqətinə çatdırdı. O, imtahanda nizam-intizamın böyük əhəmiyyət daşıdığını bildirdi. Prorektor qeyd etdi ki, komissiya sədrləri və üzvləri tələbələrə düzgün davranış qaydalarını izah etməlidirlər.

İclasın sonunda ATU-nun tədris hissə müdiri, dosent Nəsimi Qasımov toplantı iştirakçılarını müvafiq əmrlərlə tanış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.