ELM VƏ TƏHSİL
ATU-nun hərbi tibb fakültəsinə qəbul olunmaq istəyən abituriyentlərin nəzərinə!
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) hərbi tibb fakültəsinin hərbi həkim işi ixtisasına qəbul olunmaq istəyən abituriyentlər iyulun 28-dək ATU-nun hərbi tibb fakültəsinə müraciət edə bilərlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, müsabiqədə 2016-cı ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında (Azərbaycan bölməsi) 450 və daha çox bal toplamış, 2016-cı il sentyabrın 15-dək 16 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) iştirak edə bilərlər.
Hərbi tibb fakültəsinə qəbul olunan tələbələr ödənişsiz əsaslarla təhsil alırlar.
Müsabiqədə iştirak etmək arzusunda olanlar göstərilən tarixədək hərbi tibb fakültəsinə müraciət etməklə müvafiq həkim komissiyasından keçməlidirlər.
Ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 541-13-36).