SİYASƏT


AVCİYA Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı törətdiyi növbəti ağır cinayəti lənətləyir

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi ağır cinayətlə bağlı bəyanat yayıb.

Bu barədə AZƏRTAC-a AVCİYA-dan məlumat veriblər. Bəyanatda deyilir: “Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti cinayətə imza atdı. İyulun 4-də, axşam saatlarında işğal altında olan ərazilərimizdəki Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektləri mina və qumbaraatanlardan atəşə tutub.

Bu vəhşi əməl nəticəsində Alxanlı kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası olaraq Ermənistan dövlətinin dinc Azərbaycan vətəndaşlarına qarşı törətdiyi növbəti ağır cinayəti qətiyyətlə lənətləyir. Dünya ictimaiyyəti diqqətini bu dəhşətli hadisəyə yönəltməlidir. ATƏT-in Minsk qrupunu və beynəlxalq təşkilatları Ermənistan dövlətinin işğalçı siyasətinə son qoymaq üçün qətiyyətli addımlar atmağa çağırırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.