REGİONLAR


AVCİYA Gəncədə referendumla bağlı təlimlər təşkil edib

A+ A

Gəncə, 7 sentyabr, Rauf Hacıyev, AZƏRTAC 

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Konstitusiyaya təklif olunan dəyişiklik və əlavələrlə bağlı sentyabrın 26-da keçiriləcək referendumda 3 min müşahidəçinin iştirakı ilə monitorinq təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, müşahidəçilərin ümumxalq səsverməsinin monitorinqini yüksək səviyyədə təşkil etmələri üçün AVCİYA seçki qərargahı respublikanın bir sıra rayonları ilə yanaşı, Gəncə şəhərində də müşahidəçilər üçün təlimlər keçirib.

Təlimlərdə müşahidəçilərlə yanaşı, AVCİYA seçki qərargahının əməkdaşı, Gəncə, Bərdə regional nümayəndəliklərinin rəhbərləri və digər rayonların əlaqələndiriciləri iştirak ediblər.

AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının rəhbərliyi ilə reallaşan treninqlərdə referendumqabağı ictimai-siyasi mühit təhlil edilib, Azərbaycanda keçirilən referendumlar barədə geniş məlumat verilib, müşahidəçilərin hüquq və vəzifələri izah olunub.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.