CƏMİYYƏT


AVCİYA referendum qabağı müşahidəçilərə treninqləri davam etdirir

A+ A

Bakı, 29 avqust, AZƏRTAC

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) sentyabrın 26-da keçiriləcək referendumla bağlı uzunmüddətli müşahidəsini həyata keçirir.

Bu barədə AZƏRTAC-a AVCİYA-dan məlumat verilib.

Assosiasiya 62 dairə seçki komitəsinin 3000 məntəqəsində referendum günü müşahidəni təşkil edəcək. Bununla əlaqədar AVCİYA Seçki Qərargahı regionlarda müşahidəçilərə treninqlərə başlayıb. Şirvan, Hacıqabul, Sabirabad rayonlarından sonra Zaqatala, Balakən və Qax rayonlarında tədbirlər uğurla həyata keçirilib.

Treninqlərdə AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı çıxış edərək assosiasiyanın bu vaxta qədər gördüyü işlər, seçkilərin və referendumların ölkə üzrə müşahidəsi sahəsində qazandığı təcrübə barədə tədbir iştirakçılarına geniş məlumat verib. Daha sonra referendum günü müşahidəçilərin hüquq və vəzifələrini onlara izah edib.

Tədbirlərin sonunda müşahidəçilərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.