CƏMİYYƏT


AVCİYA referendumla bağlı uzunmüddətli müşahidənin ilkin hesabatını ictimaiyyətə təqdim edib

A+ A

Bakı, 26 avqust, AZƏRTAC

Avqustun 26-da Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi ilə bağlı uzunmüddətli müşahidənin ilkin hesabatını ictimaiyyətə təqdim edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AVCİYA-nın sədri Məhərrəm Zülfüqarlı Azərbaycanda həm Sovet hakimiyyəti illərində, həm də dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə müxtəlif məsələlərlə bağlı keçirilən referendumlardan danışıb. Qeyd edib ki, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktı (18 oktyabr 1991-ci il) qəbul olunduqdan sonra ölkə üzrə 5 referendum keçirilib və konstitusiya əlavə və dəyişikliklər edilməsi haqqında sentyabrın 26-na təyin olunmuş referendum sayca 6-cı ümumxalq səsverməsidir.

Vurğulanıb ki, AVCİYA qarşıdakı referendumla bağlı uzunmüddətli müşahidəsini həyata keçirir. Assosiasiya Mərkəzi Seçki Komissiyasına müraciətləri, imzatoplama kampaniyası və təşviqat qruplarının qeydə alınma proseduru, seçici siyahıları, referendumla bağlı qanunverici baza, referendum ərəfəsində ölkədəki siyasi mühit, MSK və aşağı seçki komissiyalarının fəaliyyəti, təşviqat kampaniyası və referendum gününün monitorinqin təşkili kimi genişmiqyaslı fəaliyyətin icrasına iyunun 26-dan başlayıb. Sentyabrın 20-də aralıq hesabat ictimaiyyətə təqdim ediləcək. Referendum günü müşahidə və referendumun nəticələri ilə bağlı ilkin rəy sentyabrın 27-də, yekun hesabat isə oktyabrın 10-da açıqlanacaq.

Məlumat verilib ki, hazırkı ilkin hesabat iyulun 26-dan avqustun 26-dək olan dövrü əhatə edir. Burada Azərbaycan Respublikasında keçirilən referendumlar haqqında məlumatlar, referendum qabağı siyasi mühitin təhlili, söz və mətbuat azadlığının vəziyyəti, referendum administrasiyasının fəaliyyəti, iki radio, doqquz qəzet və iki informasiya agentliyinin monitorinqi əksini tapıb. Müsbət haldır ki, monitorinqi aparılan 13 KİV-in hamısında siyasi yönümündən asılı olmayaraq referendumla bağlı müsbət yazılar verilib, həmçinin neytral məlumatlar geniş yer alıb. Bunu da ölkədəki demokratik mühitin göstəricisi hesab etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.