Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ SESSİYASINDA

Yanvarın 24-də Avropa Şurası Parlament Assambleyası sessiyasının səhər iclasında “Terrorizmə qarşı mübarizə və insan hüquqlarına hörmət” məsələsi geniş müzakirə olunmuşdur. 

Azərbaycan parlament nümayəndə heyətinin başçısı İlham Əliyev iclasda çıxış etmişdir.

MİLLİ MƏCLİSİN AŞPA-DAKI NÜMAYƏNDƏ HEYƏTİNİN BAŞÇISI İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Hörmətli cənab Sədr!

Xanımlar və cənablar!

11 sentyabr faciəsindən sonra bütün dünya, ayrı-ayrılıqda hər bir ölkə dərk etdi ki, terror aktlarından tam sığorta olunmuş dövlət yoxdur. Hamı anlayır ki, bütün beynəlxalq icma bu dəhşətli şər qüvvəsinə qarşı birləşmədən beynəlxalq terrorizmə qarşı mübarizə aparmaq mümkün deyildir.

Terrorizmə qarşı mübarizə aparmaq çox çətindir. Düşmənin kimliyini bilmək də olar. Lakin, onu tapmaq və məhkəmə qarşısında məsuliyyətə cəlb etmək çətin olur. Bəzən bilinmir ki, terrorçu yeni zərbələri nə zaman və hansı formada həyata keçirəcəkdir. Ona görə də beynəlxalq əməkdaşlıq, güclü beynəlxalq nəzarət olmasa, terrorizmə qarşı mübarizənin səmərəsi də olmayacaqdır.

Avropada, bizim ümumi evimizdə elə ölkələr vardır ki, onlar terrorizmdən dəhşətli əziyyət çəkmişlər. Azərbaycan bu ölkələrdən biridir.

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 1 milyon sakini qaçqın vəziyyətinə düşmüş, Azərbaycan ərazisinin 20 faizi Ermənistanın hərbi qüvvələri tərəfindən işğal olunmuşlar. Yüzlərlə şəhər və kənd tamamilə dağıdılmışdır.

Bundan əlavə, erməni terrorçu təşkilatları Azərbaycan ərazisində dəfələrlə terror aktları törətmişlər. Metroda, avtobuslarda, qatarlarda, bərələrdə və digər yerlərdə törədilmiş terror aktları nəticəsində 2 mindən çox günahsız Azərbaycan vətəndaşı, o cümlədən qadınlar və uşaqlar qətlə yetirilmiş, 10 minlərlə adam xəsarət almışdır.

Elə bilirəm ki, Avropa Şurası bu məsələyə və eləcə də Avropa Şurasının üzvü olan bir dövlətin, yəni Ermənistanın Avropa Şurasının üzvü olan digər dövlətin – Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlaması faktına öz münasibətini bildirməlidir.

Terrorizmə qarşı necə mübarizə aparmalı? Bu, indi beynəlxalq icma üçün ən vacib mövzudur. Terrorizmə qarşı ən yaxşı mübarizə yollarından biri qanunsuz zonaların ləğv edilməsidir. Məlum olduğu kimi, bu zonalar terrorçuların gizlənməsi, düşərgələr və bazalar yaradılması üçün ən əlverişli ərazilərdir.

Bu qanunsuz zonaların biri özünü “respublika” elan etmiş Dağlıq Qarabağ ərazisidir ki, onu da beynəlxalq icma tanımayıbdır. Dağlıq Qarabağ ərazisi uzun müddət müxtəlif terrorçu təşkilatlar tərəfindən istifadə edilmişdir. Dağlıq Qarabağ ərazisi qanunsuz silah satışı, narkotik xassəli bitkilərin becərilməsi və narkotiklərin daşınması üçün istifadə olunur.

Dağlıq Qarabağ ərazisi tamamilə nəzarətsiz ərazidir. Bu ərazi Avropa məkanında qara ləkədir və beynəlxalq hüquq qanunları bu ərazidə işləmir.

Bu ərazi bütün region üçün daimi təhlükədir.

Buna görə də terrorizmə qarşı mübarizə haqqında danışarkən, biz ayrılıqda götürülmüş hər hansı bir terrorçu təşkilatı deyil, dünyadakı bütün terrorçu təşkilatları nəzərdə tutmalıyıq.

Bügünkü günün mövzusu –terrorizmə qarşı mübarizə və insan haqlarına hörmətdir. İlk əvvəl biz terrorçuların qurbanları, onların məhrum olunduğu əsas hüquqları haqqında düşünməliyik. Biz terror qurbanları ailələrinin keçirdikləri hissləri düşünməliyik. Biz qaçqınları, ölkə daxilində daimi yaşayış yerlərindən məhrum olmuş adamları və onların insan haqlarını düşünməliyik. Bir qədər əvvəl qeyd etdiyim kimi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və terror aktları nəticəsində 1 milyon Azərbaycan sakini qaçqın vəziyyətinə düşmüşdür və onlar ən adi insan haqlarından məhrumdurlar. Avropanın digər ölkələrində də 100 minlərlə qaçqın vardır. Biz onların qayğısına qalmalıyıq. Biz terrorizmə qarşı, onun bütün formalarına qarşı hər bir ölkədə mübarizə aparmalı, tam qələbəyədək birgə vuruşmalıyıq.

X X X

(Azərbaycan parlament nümayəndə heyəti başçısının çıxışı böyük maraq doğurmuş və alqışlarla qarşılanmışdır).

İclasda Azərbaycan nümayəndə heyətinin üzvü Səməd Seyidov da çıxış etmişdir.

X X X

Milli Məclisin nümayəndə heyətinin başçısı İlham Əliyev həmin gün Avropa Şurası Parlament Assambleyasının yeni prezidenti Piter Şiderlə görüşmüşdür. İ.Əliyev yüksək və məsuliyyətli vəzifəyə seçilməsi münasibətilə cənab Şideri təbrik etmişdir.

Səmimilik şəraitində keçən görüşdə AŞPA ilə Azərbaycan arasında müxtəlif sahələrdə gələcək əməkdaşlıq məsələlərinə toxunulmuşdur.

Günün ikinci yarısında AŞPA-nın sessiyasında Azərbaycanda “siyasi məhbuslar” məsələsinə baxılmışdır. Azərbaycan üzrə məruzəçi Corc Klerfaytın çıxışı geniş müzakirəyə səbəb olmuşdur. Məruzə ətrafında çıxış edən deputatların əksəriyyəti Klerfaytın məruzəsinin qərəzli olduğunu, heç bir məntiqə sığmadığını vurğulamış və bildirmişlər ki, Avropa Şurasına üzv olduğu bir il ərzində Azərbaycan öz öhdəliklərinə layiqincə əməl etmişdir. Bu müddətdə ölkənin istər siyasi, istərsə də iqtisadi həyatında böyük dəyişikliklər baş vermiş, demokratik dövlət quruculuğunda müsbət irəliləyişlər olmuşdur.

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin başçısı İlham Əliyev sessiyada çıxış etmişdir.

AZƏRBAYCAN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİNİN BAŞÇISI İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Əziz cənab Sədr!

Xanımlar və cənablar!

Hər şeydən əvvəl mən bu gün məsələnin gündəliyə bu adla, yəni “Azərbaycanda siyasi məhbuslar” adı ilə çıxarılmasının əleyhinəyəm. Avropa Şurasına qəbul olunduğu zaman Azərbaycan öz üzərinə öhdəlik götürmüşdür ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların siyasi məhbus hesab etdiyi şəxsləri azad edəcək və ya onların işi ilə bağlı yeni məhkəmə prosesi keçirəcəkdir. “Siyasi məhbuslar” ifadəsi dırnaq arasında verilmişdir (Qətnamə layihəsinin birinci paraqrafı), lakin bu gün gündəliyə çıxarılan sənəddə biz “siyasi məhbusların” adı çəkilən yerdə dırnaq işarəsinə rast gəlmirik və bundan belə başa düşmək olar ki, Azərbaycanda siyasi məhbuslar vardır.

Yumşaq desək, bu kiçicik səhv məsələni tam başqa tərzdə göstərir.

Vurğulamaq istəyirəm ki, bir il əvvəl Avropa Şurasına qəbul olunarkən Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklər, o cümlədən məhbuslar barədə öhdəliklər yerinə yetirilir. Ona görə də Azərbaycanda biz anlaya bilmirik ki, Azərbaycanın öhdəlikləri yerinə yetirməsi nə üçün ümumi kontekstdə deyil, ayrıca götürülmüş məhbuslar kontekstində müzakirə olunur. Yeri gəlmişkən, Azərbaycan bu məsələ üzrə öhdəliyi də yerinə yetirmişdir.

Azərbaycanda siyasi məhbuslar yoxdur. Burada siyasi məhbus kimi təqdim olunan şəxslər müxtəlif cinayətlər, o cümlədən terror aktları, qətl, təcavüzkar separatçılıq kimi cinayətlər törətmişlər. Onlar heç zaman siyasətlə məşğul olmamışlar və indinin özündə də siyasətçi deyillər. Onların çoxu polisdə, milli təhlükəsizlik orqanlarında, orduda xidmət etmişdir. Azərbaycanın qanunvericiliyinə görə isə, bu qurumlarda çalışan şəxslər heç bir partiyanın üzvü ola bilməzlər və onlara siyasi fəaliyyətlə məşğul olmaq yasaqdır.

Qeyri-dövlət təşkilatlarının siyasi məhbus kimi təqdim etdikləri şəxslər arasında isə təyyarə qaçırmağa cəhd göstərənlər, qatillər, terrorçular, separatçılar, iqtisadi cinayətlər, yol-qəza hadisəsi törətmiş şəxslər və bu kimi adamlar vardır.

Bu gün biz onları siyasi məhbus hesab etsək, bu, yalnız Azərbaycanı yox, hamımızı uçuruma sürükləyəcəkdir. Ona görə ki, əgər bu meyar bu gün Azərbaycana qarşı tətbiq olunursa, sabah hər hansı başqa ölkəyə qarşı da tətbiq edilə bilər və onda da tələb edəcəyik ki, terrorçular azad olunsunlar və yeni terror aktları törətsinlər.

Meyar məsələsinə toxunaraq deməliyəm ki, ümumiyyətlə, dünyada “siyasi məhbus” məfhumunu müəyyən edən meyar yoxdur. Biz əvvəlcə universal meyar işləyib hazırlamalı və yalnız bundan sonra onu tətbiq etməliyik.

Əks təqdirdə, Azərbaycanla bağlı məsələdə olduğu kimi, anlaşılmazlıqlar davam edəcəkdir. Belə çıxır ki, məruzəçi istədiyi şəxsləri siyasi məhbus hesab edəcək, xoşuna gəlməyənləri isə hesab etməyəcəkdir.

Hətta məruzəçi də olsa belə, ayrıca bir şəxs bu çür böyük məsuliyyəti öz üzərinə götürüb kiminsə siyasi məhbus olub-olmaması haqqında qərar verə bilməz.

Biz bununla çox təhlükəli nümunə yarada bilərik. Belə çıxır ki, terrorçular terror aktları törədib deyəcəklər ki, bunları siyasi məqsədlər naminə etmişlər. Beləliklə, onları məsuliyyətə cəlb etmək mümkün olmayacaqdır. Yaxud da, cinayət törətmiş şəxs hər hansı siyasi partiyaya qoşulub məsuliyyətdən yayına biləcəkdir. Azərbaycanda biz belə halları çox müşahidə etmişik.

Bu gün bizə təqdim olunan ziddiyyətli məruzə artıq Azərbaycan cəmiyyətində gərginlik yaratmışdır. Bu çür hallar Azərbaycan ilə Avropa Şurası arasında gələcək əməkdaşlığı təmin etmir və Avropa icmasına daha sıx inteqrasiya olunmaq yolunda Azərbaycan hökumətinin göstərdiyi səyləri heçə çıxarır.

Beləliklə, butün bunları, habelə bu ədalətsiz, ziddiyyətli məruzənin və qətnamə layihəsinin əməkdaşlığa deyil, qarşıdurmaya gətirib çıxardığını nəzərə alaraq, mən həmkarlarımdan xahiş edirəm ki, qətnamə layihəsinin əleyhinə səs versinlər.

Mən həmkarlarımdan xahiş edirəm ki, Ermənistan nümayəndəsinin çıxışını nəzərə almasınlar.

Birincisi, ona görə ki, Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir, Azərbaycana qarşı hərbi təcavüz etmişdir və Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. Ona görə də bu məsələdə obyektiv ola bilməz.

İkincisi, siyasi opponentlərin gah cəzaçəkmə yerlərində, gah da parlamentdə öldürüldüyü Ermənistan kimi ölkənin nümayəndələri yaxşı olar ki, bu çür məsələlərin müzakirəsi zamanı dinməzcə otursunlar.

Sağ olun.

(İlham Əliyevin çıxışı maraqla dinlənilmiş və alqışlarla qarşılanmışdır).

X X X

Müzakirələrdən sonra səsvermə keçirilmiş, qətnamə qəbul olunmuşdur. Qətnamədə Avropa Şurası ilə Azərbaycan arasında bu sahədə gələcək əməkdaşlıq barədə müəyyən tövsiyələr öz əksini tapmışdır.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Ulu Öndərin doğum günü münasibətilə geni konsert proqramı hazırlanıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir  YENİLƏNİB

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Ayın üzərində il reklam yerləşdirilib

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib