Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AVSTRİYA RESPUBLİKASININ FEDERAL PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB TOMAS KLESTİLƏ

Hörmətli cənab Prezident,

Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında yaranmış dostluq əlaqələri gündən-günə inkişaf edərək, xalqlarımızın mənafeyinə xidmət edən faydalı əməkdaşlıq imkanlarını genişləndirəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin