İQTİSADİYYAT
AXA MBASK "Azeri Business Award" milli mükafatı ilə təltif edilib
Bakı, 8 fevral, AZƏRTAC
AXA MBASK sığorta şirkəti, "Azərbaycanın regionlarında sığorta təhsilinin təşkilinə və inkişafına verdiyi töhfəyə görə" nominasiyasında “Azeri Business Award-2015” milli mükafatına layiq görülüb.
“Azeri Business Award” milli mükafatı “Business Time” jurnalı tərəfindən təsis olunub.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, təqdimat mərasimində mükafatı qəbul edən AXA MBASK-ın idarə heyəti sədrinin birinci müavini Lana Gözəlova şirkətin son illər əldə etdiyi nailiyyətlərdən danışaraq, daim sığorta bazarının inkişafı və əhaliyə zamanın tələblərinə cavab verən yüksək keyfiyyətli sığorta xidmətləri göstərilməsi istiqamətində çalışdığını, şirkətin iş praktikasını, idarəetmə üsullarını, strukturunu və xidmət səviyyəsini mütəmadi təkmilləşdirərək, götürmüş olduğu öhdəlikləri tam şəkildə yerinə yetirilməklə özünün maliyyə stabilliyini və rəqabət üstünlüyünü nümayiş etdirməsini xüsusi vurğulayıb. Bildirib ki, Qlobal Sığorta Qrupunun üzvü olan AXA MBASK sığorta şirkəti 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarını tətbiq etməyə başlayıb.