İQTİSADİYYAT
AXA MBASK şirkəti "Uğur" milli mükafati ilə təltif edilib
Bakı, 27 aprel, AZƏRTAC
AXA MBASK sığorta şirkəti “Azərbaycanda sığorta mədəniyyətinin artırılmasına verdiyi töhfəyə görə” “Uğur” milli mükafatına layiq görülüb.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, təqdimat mərasimində AXA MBASK idarə heyəti sədrinin birinci müavini Selçuk Adıgüzel bu etimada görə təşəkkürünü bildirib.
O, öz çıxışında şirkətin son vaxtda əldə etdiyi nailiyyətlərdən danışaraq, daim sığorta bazarının inkişafı və əhaliyə zamanın tələblərinə cavab verən yüksək keyfiyyətli sığorta xidmətləri göstərilməsi istiqamətində çalışdığını xüsusi vurğulayıb.
Bildirilib ki, Qlobal Sığorta Qrupunun üzvü olan AXA MBASK Sığorta Şirkəti 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarını tətbiq etməyə başlayıb.
Qeyd edək ki, “Uğur” mükafatı 2000-ci ildə, ölkədə iqtisadiyyat, hüquq, özəl sahibkarlığın inkişaf etdirilməsi məsələlərini işıqlandıran aparıcı işgüzar nəşr olan Consulting&Business jurnalı tərəfindən təsis edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]