İQTİSADİYYAT


AZAL Azərbaycanın Olimpiya komandasının Rio-de-Janeyroda Olimpiya Oyunlarına çatdırılmasını təmin edir

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

Ötən gecə AZAL-ın xüsusi J2-5102 çarter reysi ilə Azərbaycanın Olimpiya komandası Rio-de-Janeyroya yola düşüb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idmançıları aparan təyyarə saat 01:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb və yerli vaxtla bu gün saat 12:00-da Rio-de-Janeyro hava limanına enməsi gözlənilir. İdmançıların avqustun 23-ü Bakı vaxtilə saat 12:20-də Vətənə qayıtmaları planlaşdırılır.

AZAL Azərbaycan komandasının Rio-de-Janeyroya aparılması üçün geniş imkanlara malik “Airbus A340” təyyarəsi ayırıb. Komanda üzvlərinin, məşqçilərin və inzibati heyətin rahat uçuşu üçün hava gəmisində hər cür şərait yaradılıb. Həmin reyslə həmçinin Rio-de-Janeyroya lazımi idman və tibbi invertar da çatdırılacaq.

Azərbaycan Hava Yolları artıq birinci il deyil ki, Milli Olimpiya komandasının Olimpiya Oyunlarına çatdırılması ilə bağlı xidmət göstərir. Bundan əlavə, milli aviadaşıyıcı bu il Azərbaycanın Paralimpiya komandasının da baş sponsoru olub.

Rio-de-Janeyrodakı Yay Olimpiya Oyunları avqustun 5-dən 21-dək, Paralimpiya Oyunları isə bu il sentyabrın 7-dən 18-dək keçiriləcək.

https://www.youtube.com/watch?v=HtOFjgeuAc0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.