İQTİSADİYYAT


AZAL Bakı-Dubay-Bakı aviareysində yeni aksiya elan edir

A+ A

Bakı, 14 oktyabr, AZƏRTAC

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Dubaya və əks istiqamətdə uçuşlar üzrə yeni aksiya elan edir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 1-dək Bakı-Dubay-Bakı reyslərinə aviabiletlərin dəyəri cəmi 188 avro təşkil edəcək. Qiymətə bütün vergi və yığımlar daxildir.

Aviabiletlərin dəyərinə, həmçinin baqajın havayı daşınması (23 kiloqramadək), isti və soyuq qidaların bütün çeşidləri daxildir.

Qeyd edək ki, AZAL-ın Bakıdan Dubaya aviareysləri gündə iki dəfə komfortlu laynerlərdə həyata keçirilir.

Biletləri AZAL-ın kassalarında almaq və şirkətin www.azal.az  saytında bron etməklə əldə etmək olar. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək mümkündür. Proqram barəsində informasiyanı https://www.azal.az/az/azal-miles/miles-programme  istinadı üzrə əldə etmək olar.

Proqramın iştirakçısı olmayanlar http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az  istinadı üzrə qeydiyyatdan keçə bilərlər. Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün (+99412) 598-88-80; *8880, telefon nömrələri ilə və [email protected]  elektron ünvanı ilə əlaqə saxlamaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.