İQTİSADİYYAT


AZAL Bakıdan Berlinə və əks istiqamətdəki reyslərdə yeni aksiyaya start verib

A+ A

Bakı, 1 avqust, AZƏRTAC

“Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Berlinə və əks istiqamətdəki reyslərdə yeni aksiyaya start verib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən marşrut üzrə uçuşlara sentyabrın 6-dan oktyabrın 29-dək (2016-cı il) aviabilet alan AZAL Miles proqram iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər.

Bakı-Berlin-Bakı marşrutu üzrə birbaşa uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş - Bakı vaxtı ilə səhər saat 07:00-da, Tegel Beynəlxalq Hava limanına enmə - yerli vaxtla saat 09:55-də baş tutacaq. Berlindən uçuş - yerli vaxtla saat 10:55-də, Heydər Əliyev Beynəlxalq hava Limanına enmə - Bakı vaxtı ilə saat 17:25-də həyata keçiriləcək. Həmçinin, oktyabrın 30-dan (qış mövsümü üzrə uçuş cədvəlinin qüvvəyə minməsi ilə) bu marşrut üzrə uçuşlar davam etdiriləcək.

Berlin Almaniyanın ən dinamik inkişaf edən turizm mərkəzlərindən biridir və yüksək həyat tempi olan böyük Avropa meqapolisidir. Almaniyanın paytaxtı hər il təxminən 10 milyon qonaq qəbul edir.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Balların avtomatik hesablanması üçün, aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilib:

https://www.azal.az/az/azal-miles/miles-programme. Proqram iştirakçısı olmayan şəxslər http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az link vasitəsilə qeydiyyatdan keçə bilər.

Aviabiletləri AZAL-ın kassalarında əldə etmək və www.azal.az saytında bronlaşdırmaq mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün (+994 12) 598-88-80, *8880 telefon nömrələr və [email protected] elektron ünvanı ilə əlaqə saxlamaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.