İQTİSADİYYAT


AZAL İstanbulda qalan sərnişinləri Bakıya gətirmək üçün daha bir təyyarə göndərir

A+ A

Bakı, 16 iyul, AZƏRTAC

“Azərbaycan Hava Yolları” QSC İstanbulda qalan azərbaycanlı sərnişinləri Vətənə gətirmək üçün ikinci təyyarəni göndərməyə hazırlaşır.

Bu barədə AZƏRTAC-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib. O bildirib ki, Türkiyədə baş verən hadisə ilə əlaqədar ləğv olunan aviareyslərə görə İstanbulda qalan sərnişinləri Bakıya gətirmək üçün növbəti təyyarə göndərilir.

P.Kəsəmənski qeyd edib ki, bundan əvvəl bir iri tutumlu təyyarə göndərilib və bu, bütün sərnişinləri Bakıya gətirmək üçün kifayət etməyib. AZAL azərbaycanlı sərnişinlərin bir gecə daha İstanbul aeroportunda qalmamaları üçün ikinci təyyarə göndərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.